Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İsrailli xoreoqraf Azərbaycanda ustad dərsləri keçəcək

© Photo : Instagram / shaharbinyaminiŞahar Binyamini
Şahar Binyamini - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Əslən İsraildən olan xoreoqraf və performer Şahar Binyamini noyabrın 7-də Bakıda ustad dərsləri keçəcək. Ustad dərsləri YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq.
BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 7-də Bakıda dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən ustad dərsləri keçiriləcək.
YARAT-dan verilən məlumata görə, noyabrın 12-nə qədər davam edəcək müasir rəqs üzrə ustad dərsləri YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq.
Ustad dərsləri Şahar Binyamini və onun assistenti Cozef Kudra tərəfindən keçiriləcək.
Qeyd edək ki, Şahar Binyamini əslən İsraildən olan xoreoqraf və performerdir. 2006-2013-cü illərdə "Batsheva Dance Company" kollektivinin tərkibində çıxışlar edib. Həmçinin Şahar Binyamini beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi sayılır.
İsrailli xoreoqraf, müasir rəqqas, "Qaqa" adlı unikal rəqs sisteminin, dilinin, pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir. 2013-cü ildə Şahar Binyamini Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət "TNUDA" elmi-tədqiqat qrupunu təsis edib. Elə həmin Veysman İnstitutunda yerləşən qrupun əsas məqsədi elm və hərəkət arasında əlaqələri araşdırmaqdır. 2020-ci ildə Şahar, Veysman Elm İnstitutu tərəfindən təşkil edilmiş unikal art-rezidentura proqramında iştirak etmək üçün dəvət edilən ilk artist oldu. Rezidentura ərzində o, "EVOLVE" quruluşunu yaratdı. Bu əsərin premyerası institutda baş tutdu və dünyanın bir çox ölkələrində nümayiş etdirildi.
Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0