https://sputnik.az/20221028/spiker-ermenistanla-azerbaycanin-tezlikle-sulh-muqavilesi-imzalayacagina-inanir-447958995.html
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Sputnik Azərbaycan
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın... 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T10:20+0400
2022-10-28T10:20+0400
2022-10-28T10:22+0400
siyasət
sahibə qafarova
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434394884_0:160:3072:1888_1920x0_80_0_0_69c4a25e682a99e3583319fb11f421be.jpg
BAKI, 28 oktyabr - Sputnik. Oktyabrın 27-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.Tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunub, digər təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gedib. Səmərqənd Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini Özbəkistan Respublikası Senatının sədri Tənzilə Narbayeva, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində spiker Sahibə Qafarova MDB PA-nın Şura və plenar iclaslarına qatılacaq, tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. İşgüzar səfər oktyabrın 28-də başa çatacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434394884_171:0:2902:2048_1920x0_80_0_0_2ae9978e47e80442203c9b3130885a57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, ermənistan
sahibə qafarova, ermənistan
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
10:20 28.10.2022 (Yenilənib: 10:22 28.10.2022) Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gedib.
BAKI, 28 oktyabr - Sputnik. Oktyabrın 27-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.
Tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunub, digər təşkilati məsələlər nəzərdən keçirilib.
Azərbaycan parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gedib.
Səmərqənd Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini Özbəkistan Respublikası Senatının sədri Tənzilə Narbayeva, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova MDB PA-nın Şura və plenar iclaslarına qatılacaq, tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. İşgüzar səfər oktyabrın 28-də başa çatacaq.