https://sputnik.az/20221028/putin-dovrun-esas-ziddiyyetinin-hellini-oz-uzerine-goturub-448001148.html
Putin dövrün əsas ziddiyyətinin həllini öz üzərinə götürüb
Putin dövrün əsas ziddiyyətinin həllini öz üzərinə götürüb
Sputnik Azərbaycan
Dünya məsələlərində Qərbin bölünməz hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir. 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T21:00+0400
2022-10-28T21:00+0400
2022-10-28T21:12+0400
təhlil
putin
rusiya prezidenti vladimir putin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447991193_0:119:3219:1930_1920x0_80_0_0_9aff5a91fc6022e85110cec7d51e7f1d.jpg
BAKI, 28 oktyabr — Sputnik. Vladimir Putinin "Valday" forumunda dünənki çıxışında bir çoxları onun "biz İkinci Dünya Müharibəsinin bitməsindən sonra yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillik tarixi dönüş nöqtəsindəyik" xəbərdarlığını əsas hesab edirdilər. Ancaq qarşıdan gələn sınaqların proqnozu heç də yeni deyil və bu, Putin üçün özlüyündə dəyərli deyildi - burada deyilən kontekst vacibdir:"Dünya məsələlərində Qərbin bölünməz hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir... Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, lakin buna ümidsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir. Yeni dövrün əsas ziddiyyəti budur. Klassiklərin sözləri ilə desək, vəziyyət müəyyən dərəcədə inqilabi xarakter daşıyır: yuxarı siniflər bacarmır, aşağı siniflər isə daha belə yaşamaq istəmir.Putinin çıxışı məhz bəşəriyyətin gələcəyi ilə bağlı müzakirələrə həsr olunmuşdu - və o, təkcə Qərbin qloballaşma planının çıxılmaz nöqtəsi və böhranı haqqında danışmayıb, həm də Rusiyanın qurmağı təklif etdiyi dünyanın konturlarını cızaraq ona alternativi qeyd edib. Hər kəsə, o cümlədən Qərbə də təklif edir ki, hər halda "bizim üçün ümumi gələcək haqqında bərabər söhbətə başlamalı olacaq və bu söhbət nə qədər tez olsa, bir o qədər yaxşıdır".Amma hələ ki, Qərb öz əlçatmaz hegemonluğunu saxlamaq cəhdlərində israrlıdır. Bu, özlüyündə çox təhlükəlidir - Putin hətta xəbərdarlıq edib ki, "Qərb hər dəfə hegemonluğunu qoruyub saxlamağa çalışdığı üçün bunun bədəlini getdikcə daha çox ödəməli olacaq".Putin qeyd edib ki, hazırda Qərb, həmişə olduğu kimi, eskalasiya üçün oynayır, lakin onun üçün risklər mümkün qədər yüksəkdir:"Dünya üzərindəki hökmranlıq, məhz Qərb adlanan qurumun öz oyununda stavka etdiyi şeydir. Amma bu oyun, şübhəsiz ki, təhlükəli, qanlı və mən deyərdim, çirklidir. O, ölkələrin və xalqların suverenliyini, onların orijinallığını və unikallığını inkar, başqa dövlətlərin maraqlarını puç edir".Putin bəyan edib ki, Amerika tipli liberal dünya nizamı nəinki xaosu hər gün çoxaldır, hətta Qərb ölkələrinin özlərinə, onların hər hansı müstəqillik nümayiş etdirmək cəhdlərinə qarşı getdikcə daha dözümsüz olur.Prezident qeyd edib ki, dünya mahiyyətcə rəngarəngdir və Qərbin hamını bir şablon altına salmaq cəhdləri obyektiv olaraq məhvə məhkumdur, bundan heç nə alınmayacaq, xüsusən ona görə ki, "onların yaradıcılıq və müsbət inkişaf ideyaları yoxdur, sadəcə olaraq, öz hökmranlığını qoruyub saxlamaqdan başqa dünyaya təklif etmək üçün heç nələri yoxdur. ".Lakin bu hökmranlığı qoruyub saxlayacaq qüvvələr artıq yoxdur – ilbəil Qərb üçün vəziyyət daha da çətinləşəcək. Yuxarılar həqiqətən bacarmırlar - və yeganə sual budur ki, aşağılar, yəni qeyri-Qərb dünyası dünya nizamının sülh yolu ilə dəyişdirilməsi üçün öz hərəkətlərini nə vaxt əlaqələndirə biləcəklər. Məhz sülh yolu ilə, yəni Qərbə qarşıdurma və müharibələri təhrik etməklə öz hökmranlığını genişləndirmək imkanı verməməklə.Putin tamamilə əmindir ki, qeyri-Qərb dünyası Qərbin hökmranlığının davam etməsi ilə razılaşmır, çünki Qərb təkcə dünya liderliyini deyil, hamının və hər şeyin onun tabeçiliyində olduğunu iddia edir. Üstəlik, Anglo-Sakson qloballaşma planının həyata keçirilməsində bu tabeçilik sadəcə olaraq dünya sivilizasiyalarının bütün çiçəklənən mürəkkəbliyinin məhvinə, bütün yer kürəsinin əhalisinin simasız universal istehlakçı tipinə enməsinə səbəb olardı:"Məhz birləşmə, maliyyə və texnoloji inhisarçılıq, hər cür və bütün fərqlərin aradan qaldırılması üzərində mahiyyətcə neokolonial olan qloballaşmanın Qərb modeli quruldu. Vəzifə başa düşülən idi – Qərbin dünya iqtisadiyyatı və siyasətindəki qeyd-şərtsiz üstünlüyünü gücləndirmək və bunun üçün bütün planetin təbii və maliyyə qaynaqlarını, intellektual, kadr və iqtisadi imkanlarını öz xidmətinə qoymaq, bunu sözdə yeni qlobal qarşılıqlı asılılıq sousu altında etmək."Bununla bağlı Putin Aleksandr Zinovyevin sözlərini xatırladıb. Qərb sivilizasiyasının çatdığı səviyyədə yaşaması üçün "bütün planet mövcudluq mühiti kimi lazımdır, bəşəriyyətin bütün resursları lazımdır".Prezident öz çıxışında Dostoyevski, Soljenitsın, Danilevskidən də nümunələr gətirərək sonuncunun sözlərini xatırlatdı:"Heç bir sivilizasiya inkişafın ən yüksək nöqtəsini təmsil etməsi ilə fəxr edə bilməz və tərəqqi hamı üçün eyni istiqamətdə getməməkdən ibarət deyil, ondan ibarətdir ki, "bəşəriyyətin tarixi fəaliyyət sahəsini təşkil edən bütün sahələr bütün istiqamətlərdə istehsal edirlər". Yəni, bəşər sivilizasiyalarının və həyat tərzinin müxtəlifliyi Rusiyanın əsas üstünlük verdiyidir və o, milli maraqlara və yeni dünya düzəninin qurulması məqsədlərinə əsaslanır.Putin Qərbə qarşı müqavimətin (təkcə ideoloji deyil, həm də mənəvi cəhətdən nəticəsiz), Qərbin şəxsiyyətsizləşdirilməsi və bəşəriyyətin birləşdirilməsi layihəsinin qurulmalı olduğu prinsiplər haqqında öz baxışını təqdim edir:"Mən əminəm ki, diktaturaya qarşı ancaq ölkələrin və xalqların azad inkişafı, fərdin deqradasiyası – insana yaradıcı kimi məhəbbət, primitiv sadələşdirmə və qadağalar – mədəniyyətlərin və ənənələrin çiçəklənən mürəkkəbliyi ilə qarşı çıxmaq olar".O, gələcək dünya nizamını necə gördüyünü belə təsvir edir:"Bugünkü tarixi məqamın mənası məhz ondan ibarətdir ki, bütün sivilizasiyalar, dövlətlər və onların inteqrasiya birlikləri həqiqətən də öz demokratik, orijinal inkişaf yolu üçün imkanlar açır. Və hər şeydən əvvəl, biz hesab edirik ki, yeni dünya düzəni hüquq və qanunvericiliklə, azad, müstəqil və ədalətli olmaq əsasları ilə qoyulmalıdır"."Eyni zamanda, orijinal inkişaf heç bir halda təcrid, autarkiya demək deyil", - deyə Putin vurğulayıb – "Əksinə, onlar ədalətli və bərabər prinsiplər əsasında fəal, qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tuturlar"."Əgər liberal qloballaşma şəxsiyyətsizləşmək, bütün dünyaya Qərb modelini tətbiq etməkdirsə, inteqrasiya, əksinə, hər bir sivilizasiyanın potensialını bütövlükdə, ümumi qazanc naminə açmaqdır. Əgər qlobalizm diktatdırsa ( nəticədə buna gəlir), onda inteqrasiya hamı üçün faydalı olan ümumi strategiyaların birgə inkişafıdır."Yeni dünya nizamının əsas qurucuları "güc mərkəzləri" – sivilizasiya-dövlətlər və böyük regional birliklər olacaqlar:"Rusiya iqtisadiyyatı, sosial sistemi, resurs bazası, infrastrukturu bir-birini tamamlayan qonşu dövlətlərin qarşılıqlı əlaqəsi əsasında qurulmuş geniş məkanların yaradılması mexanizmlərinin daha fəal işə salınmasını vacib sayır. Belə böyük məkanlar, əslində, çoxqütblü dünyanın iqtisadi əsasdır. Onların dialoqundan bəşəriyyətin həqiqi Birliyi - bəzi Qərb ideoloqlarının sadələşdirilmiş hesabetdiklərindən daha mürəkkəb, fərqli və çoxölçülü bir Birlik doğulur."Həm də, burda Putinin onu "hər cür nəhəng resurslara və nəhəng imkanlara malik, özünü təmin edən kompleks" adlandırdığı Avrasiya xüsusi rol oynayır. Putin bu dəfə geosiyasi qarşıdurmadan danışmayıb, lakin onun Avrasiyanı necə təsvir etməsi bilavasitə geosiyasətin əsas postulatları ilə bağlıdır: quru və dəniz, Avrasiya və Atlantik arasında mübarizə.Atlantistlər (yəni ada dövlətləri olan ABŞ və Böyük Britaniya) Avrasiyaya nəzarət etmədikcə dünyaya nəzarət edə bilməzlər (ya da heç olmasa orada parçala və idarə edə bilməzlər). İndi isə hər şey ona doğru gedir ki, atlantistlər yalnız Avropa üzərində nəzarəti saxlayacaqlar, Putin bunu "Avrasiyanın qərb ucu" adlandırıb və bunun onun təbii hissəsi ola biləcəyini vurğulayıb:"Ancaq bir çox liderinə avropalıların başqalarından daha yaxşı olduğuna, qalanları ilə bərabər şərtlərdə bəzi səylərdə iştirak etmədiklərinə inam mane olur. Belə təkəbbürün arxasında, nədənsə, özlərinin artıq başqasının periferiyasına, əslində vassallara çevrildiklərini – səsvermə hüququndan məhrum olduqlarını fərq etmirlər."Amma Putinin çıxışı avropalılara ünvanlanmayıb – o, artıq onların öz maraqları uğrunda mübarizə apara biləcəklərinə inanmır və yaxın perspektivdə onların, sadəcə olaraq, anqlo-sakson nəzarətindən çıxmaq şansları yoxdur. Putin onlara "çoxqütblülüyün Avropanın siyasi və iqtisadi subyektivliyini bərpa etməsi üçün yeganə şans olduğunu" xatırlatsa da, ilk növbədə, bütün qeyri-Qərb dünyasına müraciət edərək, onları post-Qərb, əsl demokratik dünya nizamı qurmağa çağırıb: "Mən əminəm ki, çoxqütblü dünyada real demokratiya, ilk növbədə, hər hansı bir xalqın - bunu vurğulamaq istəyirəm - istənilən cəmiyyətin, istənilən sivilizasiyanın öz yolunu, öz ictimai-siyasi sistemini seçmək imkanını nəzərdə tutur"."Eyni zamanda, yeni dünya düzəninin qurulması üçün sivilizasiyaların dialoqu onların mənəvi-əxlaqi, ənənəvi dəyərlərinə əsaslanacaq - bu dəyərlər neoliberal adlanan dəyərlərdən fərqli olaraq unikaldır və heç kimə tətbiq edilə bilməz", - deyə Putin qeyd edib."Bu, bizim ənənəvi dəyərlərə dair anlayışımızdır və bu yanaşma bəşəriyyətin əksəriyyəti tərəfindən bölüşdürülür və qəbul edilir. Bu təbiidir, çünki dünya sivilizasiyasının əsasını Şərq, Latın Amerikası, Afrika, Avrasiyanın ənənəvi cəmiyyətləri təşkil edir". "Qərbi isə Putin diktədən dialoqa keçidin qaçılmazlığı barədə dönə-dönə xəbərdarlıq edir - və bu, hər şeydən əvvəl Qərbin özünün maraqlarına uyğundur. Əgər təbii ki, orada gələcəklərini düşünsələr:"Xalqların və sivilizasiyaların özəlliklərinə hörmət hər kəsin mənafeyinə uyğundur. Əslində, bu, həm də qondarma Qərbin maraqlarına uyğundur. Üstünlüyünü itirərək, o, dünya səhnəsində tez bir zaman kəsiyində azlığa çevrilir. Və təbii ki, bu Qərb azlığının öz mədəni kimliyinə olan hüququ, əlbəttə ki, bunu xüsusi qeyd etmək istəyirəm, təmin edilməlidir. Ona, əlbəttə ki, hörmətlə yanaşmaq lazımdır, amma bu, mütləq digərləri ilə bərabər hüquq səviyyəsində olmalıdır.Əgər Qərb elitaları öz xalqlarının, cəmiyyətlərinin beyninə onlarla cinslər və homoseksual qürur paradları kimi qəribə, məncə, yeni cərəyan edən cərəyanları yeridə biləcəklərini düşünürlərsə, belə də olsun. Qoy istədiklərini etsinlər! Lakin onların heç şübhəsiz ki, başqalarından da eyni istiqamətdə getməsini tələb etmək hüquqlar yoxdur".Putinin nitqi gələcək yeni post-Qərb dünya nizamı üçün bir növ manifestə çevrildi – bu nitq məkrli anqlo-sakson "qaydaları"na deyil, müxtəlif dünya sivilizasiyaları arasında dialoqa və maraqların koordinasiyasına əsaslanır. Putin post-humanizmi və istənilən ənənəyə nifrəti ilə Atlantik qloballaşma layihəsinə real alternativ təklif edir.Bütün dünya başa düşür ki, Atlantik layihəsi iflasa uğrayıb – Rusiya isə onun çöküşünü yaxınlaşdırır, daha doğrusu, Qərbin ölkəmizi ləğv etmək cəhdi onların qlobal layihəsinin iflasını sürətləndirir. Amma Rusiya təkcə Amerika üsulu ilə dünyanın tənəzzülü üzərində işləmir - o, hamını yeni dünya nizamı üzərində işi sürətləndirməyə çağırır. O dünya nizamı ki, biz özümüzü yeni hegemon kimi göstərmirik - Putin xüsusi qeyd edib ki, söhbət bir dominantlığı digəri ilə əvəz etməkdən, Qərbi Şərqlə əvəz etməkdən getmir.Xeyr, biz Putinin "bəşər sivilizasiyasının simfoniyası"adlandırdığı tikintiyə kökündən fərqli, ədalətli yanaşma təklif edirik. Və bu, bütün qeyri-Qərb dünyasının növbəti onillikdə edəcəkləridir ki, həqiqətən də 1945-ci ildən sonrakı bütün dövr o, üçün nəinki ən təhlükəli, həm də ən vacibi olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447991193_244:0:2975:2048_1920x0_80_0_0_2e1b59c0f42858bd640c0d24d14e0a2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, rusiya prezidenti vladimir putin, rusiya
putin, rusiya prezidenti vladimir putin, rusiya
BAKI, 28 oktyabr — Sputnik. Vladimir Putinin "Valday" forumunda dünənki çıxışında bir çoxları onun "biz İkinci Dünya Müharibəsinin bitməsindən sonra yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillik tarixi dönüş nöqtəsindəyik" xəbərdarlığını əsas hesab edirdilər. Ancaq qarşıdan gələn sınaqların proqnozu heç də yeni deyil və bu, Putin üçün özlüyündə dəyərli deyildi - burada deyilən kontekst vacibdir:
"Dünya məsələlərində Qərbin bölünməz hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir... Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, lakin buna ümidsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir. Yeni dövrün əsas ziddiyyəti budur. Klassiklərin sözləri ilə desək, vəziyyət müəyyən dərəcədə inqilabi xarakter daşıyır: yuxarı siniflər bacarmır, aşağı siniflər isə daha belə yaşamaq istəmir.
Putinin çıxışı məhz bəşəriyyətin gələcəyi ilə bağlı müzakirələrə həsr olunmuşdu - və o, təkcə Qərbin qloballaşma planının çıxılmaz nöqtəsi və böhranı haqqında danışmayıb, həm də Rusiyanın qurmağı təklif etdiyi dünyanın konturlarını cızaraq ona alternativi qeyd edib. Hər kəsə, o cümlədən Qərbə də təklif edir ki, hər halda "bizim üçün ümumi gələcək haqqında bərabər söhbətə başlamalı olacaq və bu söhbət nə qədər tez olsa, bir o qədər yaxşıdır".
Amma hələ ki, Qərb öz əlçatmaz hegemonluğunu saxlamaq cəhdlərində israrlıdır. Bu, özlüyündə çox təhlükəlidir - Putin hətta xəbərdarlıq edib ki, "Qərb hər dəfə hegemonluğunu qoruyub saxlamağa çalışdığı üçün bunun bədəlini getdikcə daha çox ödəməli olacaq".
Putin qeyd edib ki, hazırda Qərb, həmişə olduğu kimi, eskalasiya üçün oynayır, lakin onun üçün risklər mümkün qədər yüksəkdir:
"Dünya üzərindəki hökmranlıq, məhz Qərb adlanan qurumun öz oyununda stavka etdiyi şeydir. Amma bu oyun, şübhəsiz ki, təhlükəli, qanlı və mən deyərdim, çirklidir. O, ölkələrin və xalqların suverenliyini, onların orijinallığını və unikallığını inkar, başqa dövlətlərin maraqlarını puç edir".
Putin bəyan edib ki, Amerika tipli liberal dünya nizamı nəinki xaosu hər gün çoxaldır, hətta Qərb ölkələrinin özlərinə, onların hər hansı müstəqillik nümayiş etdirmək cəhdlərinə qarşı getdikcə daha dözümsüz olur.
Prezident qeyd edib ki, dünya mahiyyətcə rəngarəngdir və Qərbin hamını bir şablon altına salmaq cəhdləri obyektiv olaraq məhvə məhkumdur, bundan heç nə alınmayacaq, xüsusən ona görə ki, "onların yaradıcılıq və müsbət inkişaf ideyaları yoxdur, sadəcə olaraq, öz hökmranlığını qoruyub saxlamaqdan başqa dünyaya təklif etmək üçün heç nələri yoxdur. ".
Lakin bu hökmranlığı qoruyub saxlayacaq qüvvələr artıq yoxdur – ilbəil Qərb üçün vəziyyət daha da çətinləşəcək. Yuxarılar həqiqətən bacarmırlar - və yeganə sual budur ki, aşağılar, yəni qeyri-Qərb dünyası dünya nizamının sülh yolu ilə dəyişdirilməsi üçün öz hərəkətlərini nə vaxt əlaqələndirə biləcəklər. Məhz sülh yolu ilə, yəni Qərbə qarşıdurma və müharibələri təhrik etməklə öz hökmranlığını genişləndirmək imkanı verməməklə.
Putin tamamilə əmindir ki, qeyri-Qərb dünyası Qərbin hökmranlığının davam etməsi ilə razılaşmır, çünki Qərb təkcə dünya liderliyini deyil, hamının və hər şeyin onun tabeçiliyində olduğunu iddia edir. Üstəlik, Anglo-Sakson qloballaşma planının həyata keçirilməsində bu tabeçilik sadəcə olaraq dünya sivilizasiyalarının bütün çiçəklənən mürəkkəbliyinin məhvinə, bütün yer kürəsinin əhalisinin simasız universal istehlakçı tipinə enməsinə səbəb olardı:
"Məhz birləşmə, maliyyə və texnoloji inhisarçılıq, hər cür və bütün fərqlərin aradan qaldırılması üzərində mahiyyətcə neokolonial olan qloballaşmanın Qərb modeli quruldu. Vəzifə başa düşülən idi – Qərbin dünya iqtisadiyyatı və siyasətindəki qeyd-şərtsiz üstünlüyünü gücləndirmək və bunun üçün bütün planetin təbii və maliyyə qaynaqlarını, intellektual, kadr və iqtisadi imkanlarını öz xidmətinə qoymaq, bunu sözdə yeni qlobal qarşılıqlı asılılıq sousu altında etmək."
Bununla bağlı Putin Aleksandr Zinovyevin sözlərini xatırladıb. Qərb sivilizasiyasının çatdığı səviyyədə yaşaması üçün "bütün planet mövcudluq mühiti kimi lazımdır, bəşəriyyətin bütün resursları lazımdır".
Prezident öz çıxışında Dostoyevski, Soljenitsın, Danilevskidən də nümunələr gətirərək sonuncunun sözlərini xatırlatdı:
"Heç bir sivilizasiya inkişafın ən yüksək nöqtəsini təmsil etməsi ilə fəxr edə bilməz və tərəqqi hamı üçün eyni istiqamətdə getməməkdən ibarət deyil, ondan ibarətdir ki, "bəşəriyyətin tarixi fəaliyyət sahəsini təşkil edən bütün sahələr bütün istiqamətlərdə istehsal edirlər". Yəni, bəşər sivilizasiyalarının və həyat tərzinin müxtəlifliyi Rusiyanın əsas üstünlük verdiyidir və o, milli maraqlara və yeni dünya düzəninin qurulması məqsədlərinə əsaslanır.
Putin Qərbə qarşı müqavimətin (təkcə ideoloji deyil, həm də mənəvi cəhətdən nəticəsiz), Qərbin şəxsiyyətsizləşdirilməsi və bəşəriyyətin birləşdirilməsi layihəsinin qurulmalı olduğu prinsiplər haqqında öz baxışını təqdim edir:
"Mən əminəm ki, diktaturaya qarşı ancaq ölkələrin və xalqların azad inkişafı, fərdin deqradasiyası – insana yaradıcı kimi məhəbbət, primitiv sadələşdirmə və qadağalar – mədəniyyətlərin və ənənələrin çiçəklənən mürəkkəbliyi ilə qarşı çıxmaq olar".
O, gələcək dünya nizamını necə gördüyünü belə təsvir edir:
"Bugünkü tarixi məqamın mənası məhz ondan ibarətdir ki, bütün sivilizasiyalar, dövlətlər və onların inteqrasiya birlikləri həqiqətən də öz demokratik, orijinal inkişaf yolu üçün imkanlar açır. Və hər şeydən əvvəl, biz hesab edirik ki, yeni dünya düzəni hüquq və qanunvericiliklə, azad, müstəqil və ədalətli olmaq əsasları ilə qoyulmalıdır".
"Eyni zamanda, orijinal inkişaf heç bir halda təcrid, autarkiya demək deyil", - deyə Putin vurğulayıb – "Əksinə, onlar ədalətli və bərabər prinsiplər əsasında fəal, qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tuturlar".
"Əgər liberal qloballaşma şəxsiyyətsizləşmək, bütün dünyaya Qərb modelini tətbiq etməkdirsə, inteqrasiya, əksinə, hər bir sivilizasiyanın potensialını bütövlükdə, ümumi qazanc naminə açmaqdır. Əgər qlobalizm diktatdırsa ( nəticədə buna gəlir), onda inteqrasiya hamı üçün faydalı olan ümumi strategiyaların birgə inkişafıdır."
Yeni dünya nizamının əsas qurucuları "güc mərkəzləri" – sivilizasiya-dövlətlər və böyük regional birliklər olacaqlar:
"Rusiya iqtisadiyyatı, sosial sistemi, resurs bazası, infrastrukturu bir-birini tamamlayan qonşu dövlətlərin qarşılıqlı əlaqəsi əsasında qurulmuş geniş məkanların yaradılması mexanizmlərinin daha fəal işə salınmasını vacib sayır. Belə böyük məkanlar, əslində, çoxqütblü dünyanın iqtisadi əsasdır. Onların dialoqundan bəşəriyyətin həqiqi Birliyi - bəzi Qərb ideoloqlarının sadələşdirilmiş hesabetdiklərindən daha mürəkkəb, fərqli və çoxölçülü bir Birlik doğulur."
Həm də, burda Putinin onu "hər cür nəhəng resurslara və nəhəng imkanlara malik, özünü təmin edən kompleks" adlandırdığı Avrasiya xüsusi rol oynayır. Putin bu dəfə geosiyasi qarşıdurmadan danışmayıb, lakin onun Avrasiyanı necə təsvir etməsi bilavasitə geosiyasətin əsas postulatları ilə bağlıdır: quru və dəniz, Avrasiya və Atlantik arasında mübarizə.
Atlantistlər (yəni ada dövlətləri olan ABŞ və Böyük Britaniya) Avrasiyaya nəzarət etmədikcə dünyaya nəzarət edə bilməzlər (ya da heç olmasa orada parçala və idarə edə bilməzlər). İndi isə hər şey ona doğru gedir ki, atlantistlər yalnız Avropa üzərində nəzarəti saxlayacaqlar, Putin bunu "Avrasiyanın qərb ucu" adlandırıb və bunun onun təbii hissəsi ola biləcəyini vurğulayıb:
"Ancaq bir çox liderinə avropalıların başqalarından daha yaxşı olduğuna, qalanları ilə bərabər şərtlərdə bəzi səylərdə iştirak etmədiklərinə inam mane olur. Belə təkəbbürün arxasında, nədənsə, özlərinin artıq başqasının periferiyasına, əslində vassallara çevrildiklərini – səsvermə hüququndan məhrum olduqlarını fərq etmirlər."
Amma Putinin çıxışı avropalılara ünvanlanmayıb – o, artıq onların öz maraqları uğrunda mübarizə apara biləcəklərinə inanmır və yaxın perspektivdə onların, sadəcə olaraq, anqlo-sakson nəzarətindən çıxmaq şansları yoxdur. Putin onlara "çoxqütblülüyün Avropanın siyasi və iqtisadi subyektivliyini bərpa etməsi üçün yeganə şans olduğunu" xatırlatsa da, ilk növbədə, bütün qeyri-Qərb dünyasına müraciət edərək, onları post-Qərb, əsl demokratik dünya nizamı qurmağa çağırıb: "Mən əminəm ki, çoxqütblü dünyada real demokratiya, ilk növbədə, hər hansı bir xalqın - bunu vurğulamaq istəyirəm - istənilən cəmiyyətin, istənilən sivilizasiyanın öz yolunu, öz ictimai-siyasi sistemini seçmək imkanını nəzərdə tutur".
"Eyni zamanda, yeni dünya düzəninin qurulması üçün sivilizasiyaların dialoqu onların mənəvi-əxlaqi, ənənəvi dəyərlərinə əsaslanacaq - bu dəyərlər neoliberal adlanan dəyərlərdən fərqli olaraq unikaldır və heç kimə tətbiq edilə bilməz", - deyə Putin qeyd edib.
"Bu, bizim ənənəvi dəyərlərə dair anlayışımızdır və bu yanaşma bəşəriyyətin əksəriyyəti tərəfindən bölüşdürülür və qəbul edilir. Bu təbiidir, çünki dünya sivilizasiyasının əsasını Şərq, Latın Amerikası, Afrika, Avrasiyanın ənənəvi cəmiyyətləri təşkil edir". "
Qərbi isə Putin diktədən dialoqa keçidin qaçılmazlığı barədə dönə-dönə xəbərdarlıq edir - və bu, hər şeydən əvvəl Qərbin özünün maraqlarına uyğundur. Əgər təbii ki, orada gələcəklərini düşünsələr:
"Xalqların və sivilizasiyaların özəlliklərinə hörmət hər kəsin mənafeyinə uyğundur. Əslində, bu, həm də qondarma Qərbin maraqlarına uyğundur. Üstünlüyünü itirərək, o, dünya səhnəsində tez bir zaman kəsiyində azlığa çevrilir. Və təbii ki, bu Qərb azlığının öz mədəni kimliyinə olan hüququ, əlbəttə ki, bunu xüsusi qeyd etmək istəyirəm, təmin edilməlidir. Ona, əlbəttə ki, hörmətlə yanaşmaq lazımdır, amma bu, mütləq digərləri ilə bərabər hüquq səviyyəsində olmalıdır.
Əgər Qərb elitaları öz xalqlarının, cəmiyyətlərinin beyninə onlarla cinslər və homoseksual qürur paradları kimi qəribə, məncə, yeni cərəyan edən cərəyanları yeridə biləcəklərini düşünürlərsə, belə də olsun. Qoy istədiklərini etsinlər! Lakin onların heç şübhəsiz ki, başqalarından da eyni istiqamətdə getməsini tələb etmək hüquqlar yoxdur".
Putinin nitqi gələcək yeni post-Qərb dünya nizamı üçün bir növ manifestə çevrildi – bu nitq məkrli anqlo-sakson "qaydaları"na deyil, müxtəlif dünya sivilizasiyaları arasında dialoqa və maraqların koordinasiyasına əsaslanır. Putin post-humanizmi və istənilən ənənəyə nifrəti ilə Atlantik qloballaşma layihəsinə real alternativ təklif edir.
Bütün dünya başa düşür ki, Atlantik layihəsi iflasa uğrayıb – Rusiya isə onun çöküşünü yaxınlaşdırır, daha doğrusu, Qərbin ölkəmizi ləğv etmək cəhdi onların qlobal layihəsinin iflasını sürətləndirir. Amma Rusiya təkcə Amerika üsulu ilə dünyanın tənəzzülü üzərində işləmir - o, hamını yeni dünya nizamı üzərində işi sürətləndirməyə çağırır. O dünya nizamı ki, biz özümüzü yeni hegemon kimi göstərmirik - Putin xüsusi qeyd edib ki, söhbət bir dominantlığı digəri ilə əvəz etməkdən, Qərbi Şərqlə əvəz etməkdən getmir.
Xeyr, biz Putinin "bəşər sivilizasiyasının simfoniyası"adlandırdığı tikintiyə kökündən fərqli, ədalətli yanaşma təklif edirik. Və bu, bütün qeyri-Qərb dünyasının növbəti onillikdə edəcəkləridir ki, həqiqətən də 1945-ci ildən sonrakı bütün dövr o, üçün nəinki ən təhlükəli, həm də ən vacibi olacaq.