Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Paşinyan: "Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa razıdır"

© AFP 2024 / YEVGENY BIYATOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Ermənistanın baş naziri bildirib ki, Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa razıdır.
BAKI, 28 oktyabr — Sputnik. Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa razıdır və bunu üç ölkə liderinin Soçi görüşündə təsdiqləməyə hazırdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Twitter" mikrobloqunda yazıb.
"Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya təkliflərini dəstəkləyəcək", - deyə o qeyd edib.
. Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyada üçtərəfli görüş dəvət etmişdi.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.
Alen Simonyan - Sputnik Azərbaycan, 1920, 26.10.2022
SİYASƏT
Ermənistan parlamentinin spikeri: Danışıqlar masasında hələ heç bir sülh sənədi yoxdur
Xəbər lenti
0