DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB Hökumət Başçıları Şurasının növbəti iclası bu tarixdə keçiriləcək

© Sputnik / Дмитрий АстаховMDB Hökumət Başçıları
MDB Hökumət Başçıları - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Qırğızıstan Respublikasının təklifi ilə Hökumət Başçıları Şurasının növbəti iclasının gələn il 2 iyun 2023-cü ildə Bişkekdə keçirilməsi qərara alınıb.
BAKI, 28 oktyabr — Sputnik. MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2023-cü il iyunun 2-də Bişkekdə keçiriləcək. Bu barədə Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib.
"Qırğızıstan Respublikasının təklifi ilə Hökumət Başçıları Şurasının növbəti iclasının gələn il 2 iyun 2023-cü ildə Bişkekdə keçirilməsi qərara alınıb", - Lebedev iclasda deyib.
Astanada cümə günü MDB Hökumət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. İclasda Rusiya, Qazaxıstan, Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan hökumət başçıları iştirak edir.
Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.
İclasdan əvvəl Baş nazir Əli Əsədov və MDB Hökumət Başçıları Şurasının digər üzvləri Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə görüşüblər.
Qeyd olunub ki, ötən illər ərzində Birlik bir çox sahələrdə qarşılıqlı fəaliyyət üçün faydalı format kimi özünü sübut edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir.
Премьер-министр Азербайджана Али Асадов - Sputnik Azərbaycan, 1920, 28.10.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
Xəbər lenti
0