https://sputnik.az/20221028/lin-sonunadek-merkezi-bankin-valyuta-bazarina-mudaxilesi-alisyonlu-olacaq-447978713.html
İlin sonunadək Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olacaq
İlin sonunadək Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olacaq
Sputnik Azərbaycan
"Hazırda Azərbaycanın valyuta bazarında manata tələbat yüksəkdir",- deyə Mərkəzi Bankın sədri bildirib 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T19:42+0400
2022-10-28T19:42+0400
2022-10-28T19:42+0400
taleh nəcəfzadə
iqtisadiyyat
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441096082_0:0:1944:1094_1920x0_80_0_0_dd92e4a211e1423e2febc00aae4a2be0.jpg
BAKI, 28 oktyabr — Sputnik. Cari əməliyyat balansında xarici ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb. Biz həmçinin qeyri-neft sektorunda 17% artım müşahidə edirik.Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib."Beynəlxalq Valyuta Fondu qlobal enerji daşıyıcılarının qiymətlərini bu ilin sonu və gələn ilin əvvəli üçün müvafiq olaraq 98,9 dollar və 85,52 dollar proqnozlaşdırıb. Bu isə bizə deməyə imkan verir ki, gələn il tədiyə balansı profisitli olacaq",- deyə AMB sədri qeyd edib.O əlavə edib ki, hazırda Azərbaycanın valyuta bazarında manata tələbat yüksəkdir: "Çox güman ki, bu ilin sonuna qədər bizim valyuta bazarına müdaxiləmiz alışyönlü olmaqla qalacaq. Amma biz monetar siyasətimizi yüksək iqtisadi aktivliyə təsir etmədən həyata keçirəcəyik".Azərbaycan Mərkəzi Bankının baş direktoru Əli Əhmədov isə bildirib ki, bu ilin əvvəlindən valyuta bazarından 967 milyon ABŞ dolları alınıb. Bu rəqəmin ilin sonuna qədər nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma hələ ki, bazarda vəziyyət sabitdir.Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.Ötən ay Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441096082_24:0:1752:1296_1920x0_80_0_0_48fc3bcb8543adf95544027bcdc8950e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
taleh nəcəfzadə, mərkəzi bank
taleh nəcəfzadə, mərkəzi bank
İlin sonunadək Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olacaq
"Hazırda Azərbaycanın valyuta bazarında manata tələbat yüksəkdir",- deyə Mərkəzi Bankın sədri bildirib
BAKI, 28 oktyabr — Sputnik. Cari əməliyyat balansında xarici ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb. Biz həmçinin qeyri-neft sektorunda 17% artım müşahidə edirik.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
"Beynəlxalq Valyuta Fondu qlobal enerji daşıyıcılarının qiymətlərini bu ilin sonu və gələn ilin əvvəli üçün müvafiq olaraq 98,9 dollar və 85,52 dollar proqnozlaşdırıb. Bu isə bizə deməyə imkan verir ki, gələn il tədiyə balansı profisitli olacaq",- deyə AMB sədri qeyd edib.
O əlavə edib ki, hazırda Azərbaycanın valyuta bazarında manata tələbat yüksəkdir:
"Çox güman ki, bu ilin sonuna qədər bizim valyuta bazarına müdaxiləmiz alışyönlü olmaqla qalacaq. Amma biz monetar siyasətimizi yüksək iqtisadi aktivliyə təsir etmədən həyata keçirəcəyik".
Azərbaycan Mərkəzi Bankının baş direktoru Əli Əhmədov isə bildirib ki, bu ilin əvvəlindən valyuta bazarından 967 milyon ABŞ dolları alınıb. Bu rəqəmin ilin sonuna qədər nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma hələ ki, bazarda vəziyyət sabitdir.
Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.
Ötən ay Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.