https://sputnik.az/20221028/doqquzuncu-sinifleri-boyuk-sinaq-gozleyir--canaq-yene-sagirdlerin-basinda-catlayacaq-447945289.html
Doqquzuncu sinifləri böyük sınaq gözləyir- Çanaq yenə şagirdlərin başında çatlayacaq
Doqquzuncu sinifləri böyük sınaq gözləyir- Çanaq yenə şagirdlərin başında çatlayacaq
Sputnik Azərbaycan
İlqar Orucovun sözlərinə görə, tədris ili başlamamış DİM-in təqbiq etdiyi qaydalara müvafiq olaraq dərs proqramının məzmumunu da yenilənməli idi. 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T09:29+0400
2022-10-28T09:29+0400
2022-10-28T09:29+0400
imtahan
təhsil
kamran əliyev
təhsil eksperti kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709838_0:92:1750:1076_1920x0_80_0_0_9732b3e6634b869aa0873e005b98cad3.jpg
BAKI, 28 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlayan test tapşırıqlarının forma və məzmununda gözlənilən dəyişikliklərin detallarını açıqlayıb. 9-cu siniflərin buraxılış imtahanında xarici dil fənninə müəyyən dəyişikliklər edilib. Belə ki, dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.DİM-in 9-cu sinif buraxılış imtahanlarında etdiyi dəyişiklik birmənalı qarşılanmayıb. Sosial platformada şagirdlərin 9-cu sinifdən xarici dil fənni üzrə dinləyib-anlama bacarığını qiymətləndirilməsi düzgün hesab edilmir. Valideynlər bildirir ki, ümumtəhsil müəssisələrinin çoxunda linqofon (mətnləri səsləndirən cihaz) yoxdur. Bu halda şagirdlərin dinləyib-anlama bacarığı necə sınağa çəkiləcək?Valideyn Fərqanə Allahverdiqızı bildirir ki, 9 ildə 1 dəfə linqofon görməyən, bunu öyrənmək üçün heç bir avadanlıqla təmin olunmayan şagirdlərdən bunu necə tələb etmək olar?Valideynlər DİM-in bu tələbindən sonra xarici dil üzrə repetitorlara müraciət etmək məcburiyyətində qalıblar.Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlərə məktəbdə dinləyib-anlama üzrə bilik verilmədiyi halda bunu şagirdlərdən tələb etmək ədalətsizlikdir: "Şagirdin məktəbdə aldığı biliyi qiymətləndirilməlidir. Şagirdlərimizin ingilis dilində dinləmə, anlama, qavrama bilikləri olmalıdır. Amma tədris ilinin başlamasından bir neçə ay keçib. Bu proqramın məzmunu belə təkmilləşdirilməyib. Bir neçə aydan sonra isə buraxılış imtahanıdır. Biz şagirdlərə həmin vaxta qədər dinləyib-anlama biliklərini, bacarıqlarını öyrədə bilməyəcəyiksə, onların buna görə imtahan edilməsində problemlər yarana bilər. Tədris ili başlamamış DİM-in təqbiq etdiyi qaydalara müvafiq olaraq dərs proqramının məzmumunu yenilənməli idi. Məktəblərdə buna uyğun infrastruktur formalaşdırılmalıydı ki, şagirdlər DİM-in sınağından üzüağ çıxsınlar. Məktəblərin çoxunda isə bunun üçün lazımi avadanlıqlar yoxdur. Bu halda imtahanda iştirak edən şagirdlərin işi çətin olacaq".İ. Orucov deyir ki, 9-cu sinif şagirdləri üçün xarici dil üzrə dinləyib-anlama bacarıqlarına yiyələnmək o qədər də vacib deyil. Çünki, 9-cu sinifdən bəzi şagirdlər təhsillərini ya davam etdirmirlər, yaxud da müxtəlif peşə məktəblərinə yönəlirlər. Bu zaman o şagirlərə müvafiq təhsil sənədinin alınmasında problem yarana bilər.Ekspert bildirir ki 9-cu sinifdən imtahan suallarının müvafiq tədbirlər görülmədən qəlizləşdirilməsi düzgün deyil. İ. Orucovun sözlərinə görə, bu şagirdlərin əlavə stresə sala bilər. Həmsöhbətimiz deyir ki, şagirdlərə verilən bilik yoxlanılmalıdır. Əgər o bilik məktəbdə verilməyibsə, şagirdi buna görə sınağa çəkmək yolverilməzdir. Bunun üzərində aidiyyatı qurumlar ciddi düşünməlidirlər.Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi son 3 il ərzində 9-cu sinflərin buraxılış imtahanının məzmununda azı 4 dəfə dəyişiklik edib: "DİM bu dəfə də xarici dillə bağlı imtahan məzmununda dəyişiklik etdi. Əvvəllər 9-cu sinifdə təhsil alan şagirdlərin xarici dil üzrə bir neçə test tapşırığı nümunələrində bilik və bacarıqları yoxlanılır və ölçülürdü. Bu dəfə edilən dəyişikliyə əsasən yazı ilə bağlı mətn sualı çıxarılır, bunun yerinə imtahan kitabçasında olan 3 şəkil azı 5 cümlə ilə ifadə olunmalıdır. Həmçinin bir imtahanda övladlarımızın bilikləri müxtəlif formalarda yoxlanılır. Oxuyub-anlama, dinləyib-anlama, qrammatik bilikləri və yazı qabiliyyətləri...Üç saatlıq imtahanda şagird xaric dillə bağlı bir neçə bacarığı nümayiş etdirməlidir. Bu doğru yanaşma tərzi deyil. 9-cu sinif şagirdləri üçün bir neçə bacarığı 1 saat içərisində təqdim etmək çox çətindir. İmtahan müddətində hər fənnə 1 saat vaxt düşür. Bu şagird 1 saat içərisində hansı bacarığını göstərsin?!".Ekspert deyir ki, imtahanları bu qədər çətinləşdirməyə ehtiyac yoxdur. Onun sözlərinə görə,9-cu sinflərin buraxılış imtahanına az zaman qalıb. Şagirdlərin aprel ayına kimi bu qədər bilik və bacarıq formalaşdırması çətindir.Bununla belə K. Əsədov söyləyir ki, ingilis dilini yaxşı mənimsəməyənlər gələcəkdə iş tapmaqda, beynəlxalq şirkətlərdə çalışmaqda müəyyən çətinlik çəkəcəklər. O, bildirir ki, bu kimi halları nəzərə alsaq ingilis dilinin genişləndirilməsi müsbət bir haldır. Amma bunun üçün gərək məktəblərdə bu biliklər şagirdlərə verilsin. Əks halda dinləyib-anlama ilə bağlı imtahana sualların salınmasının bir nəticəsi olmayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709838_97:0:1653:1167_1920x0_80_0_0_188dc1956668576fc1cf53b01fa14269.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
imtahan, kamran əliyev, təhsil eksperti kamran əsədov
imtahan, kamran əliyev, təhsil eksperti kamran əsədov
Doqquzuncu sinifləri böyük sınaq gözləyir- Çanaq yenə şagirdlərin başında çatlayacaq
İlqar Orucovun sözlərinə görə, tədris ili başlamamış DİM-in təqbiq etdiyi qaydalara müvafiq olaraq dərs proqramının məzmumunu da yenilənməli idi.
BAKI, 28 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlayan test tapşırıqlarının forma və məzmununda gözlənilən dəyişikliklərin detallarını açıqlayıb.
9-cu siniflərin buraxılış imtahanında xarici dil fənninə müəyyən dəyişikliklər edilib. Belə ki, dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.
DİM-in 9-cu sinif buraxılış imtahanlarında etdiyi dəyişiklik birmənalı qarşılanmayıb. Sosial platformada şagirdlərin 9-cu sinifdən xarici dil fənni üzrə dinləyib-anlama bacarığını qiymətləndirilməsi düzgün hesab edilmir. Valideynlər bildirir ki, ümumtəhsil müəssisələrinin çoxunda linqofon (mətnləri səsləndirən cihaz) yoxdur. Bu halda şagirdlərin dinləyib-anlama bacarığı necə sınağa çəkiləcək?
Valideyn Fərqanə Allahverdiqızı bildirir ki, 9 ildə 1 dəfə linqofon görməyən, bunu öyrənmək üçün heç bir avadanlıqla təmin olunmayan şagirdlərdən bunu necə tələb etmək olar?
Valideynlər DİM-in bu tələbindən sonra xarici dil üzrə repetitorlara müraciət etmək məcburiyyətində qalıblar.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlərə məktəbdə dinləyib-anlama üzrə bilik verilmədiyi halda bunu şagirdlərdən tələb etmək ədalətsizlikdir:
"Şagirdin məktəbdə aldığı biliyi qiymətləndirilməlidir. Şagirdlərimizin ingilis dilində dinləmə, anlama, qavrama bilikləri olmalıdır. Amma tədris ilinin başlamasından bir neçə ay keçib. Bu proqramın məzmunu belə təkmilləşdirilməyib. Bir neçə aydan sonra isə buraxılış imtahanıdır. Biz şagirdlərə həmin vaxta qədər dinləyib-anlama biliklərini, bacarıqlarını öyrədə bilməyəcəyiksə, onların buna görə imtahan edilməsində problemlər yarana bilər. Tədris ili başlamamış DİM-in təqbiq etdiyi qaydalara müvafiq olaraq dərs proqramının məzmumunu yenilənməli idi. Məktəblərdə buna uyğun infrastruktur formalaşdırılmalıydı ki, şagirdlər DİM-in sınağından üzüağ çıxsınlar. Məktəblərin çoxunda isə bunun üçün lazımi avadanlıqlar yoxdur. Bu halda imtahanda iştirak edən şagirdlərin işi çətin olacaq".
İ. Orucov deyir ki, 9-cu sinif şagirdləri üçün xarici dil üzrə dinləyib-anlama bacarıqlarına yiyələnmək o qədər də vacib deyil. Çünki, 9-cu sinifdən bəzi şagirdlər təhsillərini ya davam etdirmirlər, yaxud da müxtəlif peşə məktəblərinə yönəlirlər. Bu zaman o şagirlərə müvafiq təhsil sənədinin alınmasında problem yarana bilər.
Ekspert bildirir ki 9-cu sinifdən imtahan suallarının müvafiq tədbirlər görülmədən qəlizləşdirilməsi düzgün deyil. İ. Orucovun sözlərinə görə, bu şagirdlərin əlavə stresə sala bilər. Həmsöhbətimiz deyir ki, şagirdlərə verilən bilik yoxlanılmalıdır. Əgər o bilik məktəbdə verilməyibsə, şagirdi buna görə sınağa çəkmək yolverilməzdir. Bunun üzərində aidiyyatı qurumlar ciddi düşünməlidirlər.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi son 3 il ərzində 9-cu sinflərin buraxılış imtahanının məzmununda azı 4 dəfə dəyişiklik edib:
"DİM bu dəfə də xarici dillə bağlı imtahan məzmununda dəyişiklik etdi. Əvvəllər 9-cu sinifdə təhsil alan şagirdlərin xarici dil üzrə bir neçə test tapşırığı nümunələrində bilik və bacarıqları yoxlanılır və ölçülürdü. Bu dəfə edilən dəyişikliyə əsasən yazı ilə bağlı mətn sualı çıxarılır, bunun yerinə imtahan kitabçasında olan 3 şəkil azı 5 cümlə ilə ifadə olunmalıdır. Həmçinin bir imtahanda övladlarımızın bilikləri müxtəlif formalarda yoxlanılır. Oxuyub-anlama, dinləyib-anlama, qrammatik bilikləri və yazı qabiliyyətləri...Üç saatlıq imtahanda şagird xaric dillə bağlı bir neçə bacarığı nümayiş etdirməlidir. Bu doğru yanaşma tərzi deyil. 9-cu sinif şagirdləri üçün bir neçə bacarığı 1 saat içərisində təqdim etmək çox çətindir. İmtahan müddətində hər fənnə 1 saat vaxt düşür. Bu şagird 1 saat içərisində hansı bacarığını göstərsin?!".
Ekspert deyir ki, imtahanları bu qədər çətinləşdirməyə ehtiyac yoxdur. Onun sözlərinə görə,9-cu sinflərin buraxılış imtahanına az zaman qalıb. Şagirdlərin aprel ayına kimi bu qədər bilik və bacarıq formalaşdırması çətindir.
Bununla belə K. Əsədov söyləyir ki, ingilis dilini yaxşı mənimsəməyənlər gələcəkdə iş tapmaqda, beynəlxalq şirkətlərdə çalışmaqda müəyyən çətinlik çəkəcəklər. O, bildirir ki, bu kimi halları nəzərə alsaq ingilis dilinin genişləndirilməsi müsbət bir haldır. Amma bunun üçün gərək məktəblərdə bu biliklər şagirdlərə verilsin. Əks halda dinləyib-anlama ilə bağlı imtahana sualların salınmasının bir nəticəsi olmayacaq.