https://sputnik.az/20221028/bakida-azerbaycanla-a-arasinda-emekdasligin-perspektivleri-muzakire-olunub-447984453.html
Bakıda Azərbaycanla Aİİ arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakıda Azərbaycanla Aİİ arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Sputnik Azərbaycan
Bakıda Həştərxan Biznes Mərkəzində "Aİİ – Azərbaycan: iqtisadi əməkdaşlığın inkişaf perspektivləri" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T15:24+0400
2022-10-28T15:24+0400
2022-10-28T15:47+0400
bakı
iqtisadiyyat
dəhliz
şimal-cənub tranzit dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_0:0:3129:1761_1920x0_80_0_0_32ebb9877c431dd51a33127ce26ee606.jpg
BAKI, 28 oktyabr — Sputnik. Dəyirmi masanın açılışında çıxış edən Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər”kafedrasının müdiri professor Elşad Məmmədov tədbirin Azərbaycan ilə Aİİ arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.“İqtisadiyyat elminin əsas cərəyanında yayımlanan bu doqmalar həmişə real iqtisadiyyatda əksini tapmır. Bu gün region ölkələrinin iqtisadi siyasətində mövcud olan problemlərin xeyli hissəsi məhz bununla bağlıdır”, - deyə Məmmədov bildirib.İlin əvvəlində Rusiya Federasiyasının əsas tərəfdaşı Avropa ölkələri olub, lakin indi vəziyyət kəskin şəkildə dəyişir. Bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) inteqrasiya və makroiqtisadiyyat üzrə kollegiyasının üzvü (nazir), Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev dəyirmi masada bildirib.Akademikin sözlərinə görə, Qərb öz sanksiyaları ilə özünü öldürür və Aİ-ni məhv etməklə əlavə imkanlar əldə etməyə çalışır. O, həmçinin qeyd edib ki, Rusiyanın Çin və Hindistanla ticarəti hər il 1,5 dəfə artır."Prezidentimiz genişmiqyaslı Şimal-Cənub dəhlizinin formalaşdırılması vəzifəsini qarşıya qoyur. Qeyd edim ki, sovet dövründə oradan yüklərin həcmi 20 milyon tona yaxın idi və hər şey Azərbaycan dəmir yolundan keçirdi", - deyə Qlazyev bildirib."Bizim üçün struktur prioritet Rusiya ilə Hindistan arasında İran vasitəsilə kommunikasiyaların yaradılmasıdır. Azərbaycan nəqliyyat dəhlizi rolunu oynaya bilər, bu, əslində inkişaf dəhlizidir", - deyə akademik vurğulayıb.Öz növbəsində Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qarşılıqlı ticarət dövriyyəsinin artdığını qeyd edib."Bizim ticarət dövriyyəmiz daha sürətlə artır və biz Azərbaycanın artıq çoxtərəfli əməkdaşlıq formatında qeyri-əmtəə ixracının inkişafını həyata keçirə biləcəyi potensialı görürük", - deyə Mirsayapov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_176:0:2905:2047_1920x0_80_0_0_a33474d89700afc104756c3ac6e8ce87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, видео, dəhliz, şimal-cənub tranzit dəhlizi
bakı, видео, dəhliz, şimal-cənub tranzit dəhlizi
Bakıda Azərbaycanla Aİİ arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
15:24 28.10.2022 (Yenilənib: 15:47 28.10.2022) Bakıda Həştərxan Biznes Mərkəzində "Aİİ – Azərbaycan: iqtisadi əməkdaşlığın inkişaf perspektivləri" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
BAKI, 28 oktyabr — Sputnik. Dəyirmi masanın açılışında çıxış edən Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər”kafedrasının müdiri professor Elşad Məmmədov tədbirin Azərbaycan ilə Aİİ arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.
“İqtisadiyyat elminin əsas cərəyanında yayımlanan bu doqmalar həmişə real iqtisadiyyatda əksini tapmır. Bu gün region ölkələrinin iqtisadi siyasətində mövcud olan problemlərin xeyli hissəsi məhz bununla bağlıdır”, - deyə Məmmədov bildirib.
İlin əvvəlində Rusiya Federasiyasının əsas tərəfdaşı Avropa ölkələri olub, lakin indi vəziyyət kəskin şəkildə dəyişir. Bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) inteqrasiya və makroiqtisadiyyat üzrə kollegiyasının üzvü (nazir), Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev dəyirmi masada bildirib.
Akademikin sözlərinə görə, Qərb öz sanksiyaları ilə özünü öldürür və Aİ-ni məhv etməklə əlavə imkanlar əldə etməyə çalışır. O, həmçinin qeyd edib ki, Rusiyanın Çin və Hindistanla ticarəti hər il 1,5 dəfə artır.
"Prezidentimiz genişmiqyaslı Şimal-Cənub dəhlizinin formalaşdırılması vəzifəsini qarşıya qoyur. Qeyd edim ki, sovet dövründə oradan yüklərin həcmi 20 milyon tona yaxın idi və hər şey Azərbaycan dəmir yolundan keçirdi", - deyə Qlazyev bildirib.
"Bizim üçün struktur prioritet Rusiya ilə Hindistan arasında İran vasitəsilə kommunikasiyaların yaradılmasıdır. Azərbaycan nəqliyyat dəhlizi rolunu oynaya bilər, bu, əslində inkişaf dəhlizidir", - deyə akademik vurğulayıb.
Öz növbəsində Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qarşılıqlı ticarət dövriyyəsinin artdığını qeyd edib.
"Bizim ticarət dövriyyəmiz daha sürətlə artır və biz Azərbaycanın artıq çoxtərəfli əməkdaşlıq formatında qeyri-əmtəə ixracının inkişafını həyata keçirə biləcəyi potensialı görürük", - deyə Mirsayapov bildirib.