https://sputnik.az/20221028/azerbaycanin-valyuta-ehtiyatlari-55-milyard-dollari-kecib-447973542.html
Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib
Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib
Sputnik Azərbaycan
Azərbaycanda bu il sentyabrın 1-dən tətbiq olunan yeni pul siyasətinin bazara təsirləri artıq hiss olunur 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T12:08+0400
2022-10-28T12:08+0400
2022-10-28T12:09+0400
iqtisadiyyat
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_0:123:3055:1841_1920x0_80_0_0_d50193bf07da72ad74cf3f388625a515.jpg
BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanın valyuta ehtiyatları bu ilin əvvəlindən 3,5% artaraq 55,1 milyard ABŞ dollarına çatıb.Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.Onun sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir. AMB-nin valyuta ehtiyatları bu ilin əvvəlindən 8,4% artaraq 7,7 milyard dollara çatıb.O bildirib ki, Azərbaycanda bu il sentyabrın 1-dən tətbiq olunan yeni pul siyasətinin bazara təsirləri artıq hiss olunur: "Artıq banklararası faizlər uçot dərəcəsinə uyğun formalaşır. Bizim də əsas məqsədlərimizdən biri odur ki, uçot dərəcəsi qısa müddətdə bazara təsir etsin, inflyasiyanın tənzimlənməsində rol oynasın"."Banklar arasında sentyabrda 788 milyon manatlıq, oktyabrda isə 1 milyard 426 milyon manatlıq əqd bağlanılıb. Bunlar da bank sektoru üçün rekord göstəricilərdir", - deyə baş bankir əlavə edib.Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.Ötən ay Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_207:0:2938:2048_1920x0_80_0_0_9d9dd8d64b80e2113d3de2ff1a17ee0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
valyuta
Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib
12:08 28.10.2022 (Yenilənib: 12:09 28.10.2022) Azərbaycanda bu il sentyabrın 1-dən tətbiq olunan yeni pul siyasətinin bazara təsirləri artıq hiss olunur
BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanın valyuta ehtiyatları bu ilin əvvəlindən 3,5% artaraq 55,1 milyard ABŞ dollarına çatıb.
Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir. AMB-nin valyuta ehtiyatları bu ilin əvvəlindən 8,4% artaraq 7,7 milyard dollara çatıb.
O bildirib ki, Azərbaycanda bu il sentyabrın 1-dən tətbiq olunan yeni pul siyasətinin bazara təsirləri artıq hiss olunur: "Artıq banklararası faizlər uçot dərəcəsinə uyğun formalaşır. Bizim də əsas məqsədlərimizdən biri odur ki, uçot dərəcəsi qısa müddətdə bazara təsir etsin, inflyasiyanın tənzimlənməsində rol oynasın".
"Banklar arasında sentyabrda 788 milyon manatlıq, oktyabrda isə 1 milyard 426 milyon manatlıq əqd bağlanılıb. Bunlar da bank sektoru üçün rekord göstəricilərdir", - deyə baş bankir əlavə edib.
Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.
Ötən ay Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.