https://sputnik.az/20221028/azerbaycan-merkezi-banki-monetar-siyasetini-daha-da-sertlesdirecek---taleh-kazimov-447976011.html
Azərbaycan Mərkəzi Bankı monetar siyasətini daha da sərtləşdirəcək - Taleh Kazımov
Azərbaycan Mərkəzi Bankı monetar siyasətini daha da sərtləşdirəcək - Taleh Kazımov
Sputnik Azərbaycan
Mərkəzi Bankın sədri faiz dəhlizinin aşağı dərəcəsinin bazara təsir etməyə başladığını diqqətə çatdırıb 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T13:29+0400
2022-10-28T13:29+0400
2022-10-28T14:05+0400
iqtisadiyyat
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022638_0:0:693:389_1920x0_80_0_0_a29e8452b8ac9cba1d4c6c54e77d836b.jpg
BAKI, 28 oktyabr — Sputnik. "Faiz dəhlizinin aşağı dərəcəsi bazara təsir etməyə başladığından, Mərkəzi Bankın İdarə Heyəti növbəti iclaslarda monetar siyasətin daha da sərtləşdirilməsi istiqamətində qərarlar qəbul edəcəyini gözləyir".Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib."Bizim yeni əməliyyat çərçivəmizin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı həddini daraldacağıq. Vurğulamaq istəyirəm ki, faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönündə qərarlarımızı verək", - Mərkəzi Bankın sədri deyib.Mərkəzi Bank yanında ictimai şuranın yaradılması müzakirə ediləcəkT. Kazımov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı yanında ictimai şuranın yaradılması müzakirə ediləcək: "Mərkəzi Bank bank, sığorta və invesitiya sektorunun üzvləri ilə mütəmadi görüşlər keçirir. Bizim mandatımızı əhatə edən qurumlarla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq var. Sektorun bütün problemləri mütəmadi olaraq müxtəlif kanallarla bildirilir. Bununla belə, ictimai şuranın yaradılması daxildə müzakirə ediləcək. Bunu təklif kimi qəbul edirəm və məsələ ilə bağlı qərarımız olduqda açıqlayacağıq".Hazırda məqsədimiz inflyasiyanı azaltmaqdırO bildirib ki, hazırda Azərbaycan Mərkəzi Bankının məqsədi inflyasiyanı azaltmaqdır: "Əgər gələcəkdə inflyasiya nəzərdə tutduğumuzdan çox azalsa, iqtisadi aktivliyə mənfi təsir etsə, uçot dərəcəsi vasitəsilə bazara təsir etməyə çalışacağıq. Biz dövriyyədəki notlarımız artıra da, azalda da bilərik. Artıq bu notlarla bağlı bazarda müəyyən gözləntilər formalaşıb".Milli reytinq agentliyinin yaradılması araşdırma mərhələsindədirMərkəzi Bankın sədri bildirib ki, milli reytinq agentliyinin yaradılması hazırda araşdırma fazasındadır. İqtisadi subyektlərlə müzakirələr gedir."Mərkəzi Bank tərəfindən beynəlxalq maliyyə qurumları ilə birgə bu agentliyin strategiyası nə ola bilər, bu strategiyanın bizim həm kapital bazarına, həm də iqtisadiyyatın inkişafına necə təsir etməsi araşdırılır. Bununla bağlı qərarımızı 2023-cü ilin birinci rübündə açıqlayacağıq", - deyə Mərkəzi Bank sədri əlavə edib.Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.Ötən ay Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022638_65:0:602:403_1920x0_80_0_0_3093806417f12ac8c3173b1037e2b0d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank
Azərbaycan Mərkəzi Bankı monetar siyasətini daha da sərtləşdirəcək - Taleh Kazımov
13:29 28.10.2022 (Yenilənib: 14:05 28.10.2022) Mərkəzi Bankın sədri faiz dəhlizinin aşağı dərəcəsinin bazara təsir etməyə başladığını diqqətə çatdırıb
BAKI, 28 oktyabr — Sputnik. "Faiz dəhlizinin aşağı dərəcəsi bazara təsir etməyə başladığından, Mərkəzi Bankın İdarə Heyəti növbəti iclaslarda monetar siyasətin daha da sərtləşdirilməsi istiqamətində qərarlar qəbul edəcəyini gözləyir".
Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Bizim yeni əməliyyat çərçivəmizin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı həddini daraldacağıq. Vurğulamaq istəyirəm ki, faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönündə qərarlarımızı verək", - Mərkəzi Bankın sədri deyib.
Mərkəzi Bank yanında ictimai şuranın yaradılması müzakirə ediləcək
T. Kazımov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı yanında ictimai şuranın yaradılması müzakirə ediləcək: "Mərkəzi Bank bank, sığorta və invesitiya sektorunun üzvləri ilə mütəmadi görüşlər keçirir. Bizim mandatımızı əhatə edən qurumlarla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq var. Sektorun bütün problemləri mütəmadi olaraq müxtəlif kanallarla bildirilir. Bununla belə, ictimai şuranın yaradılması daxildə müzakirə ediləcək. Bunu təklif kimi qəbul edirəm və məsələ ilə bağlı qərarımız olduqda açıqlayacağıq".
Hazırda məqsədimiz inflyasiyanı azaltmaqdır
O bildirib ki, hazırda Azərbaycan Mərkəzi Bankının məqsədi inflyasiyanı azaltmaqdır: "Əgər gələcəkdə inflyasiya nəzərdə tutduğumuzdan çox azalsa, iqtisadi aktivliyə mənfi təsir etsə, uçot dərəcəsi vasitəsilə bazara təsir etməyə çalışacağıq. Biz dövriyyədəki notlarımız artıra da, azalda da bilərik. Artıq bu notlarla bağlı bazarda müəyyən gözləntilər formalaşıb".
Milli reytinq agentliyinin yaradılması araşdırma mərhələsindədir
Mərkəzi Bankın sədri bildirib ki, milli reytinq agentliyinin yaradılması hazırda araşdırma fazasındadır. İqtisadi subyektlərlə müzakirələr gedir.
"Mərkəzi Bank tərəfindən beynəlxalq maliyyə qurumları ilə birgə bu agentliyin strategiyası nə ola bilər, bu strategiyanın bizim həm kapital bazarına, həm də iqtisadiyyatın inkişafına necə təsir etməsi araşdırılır. Bununla bağlı qərarımızı 2023-cü ilin birinci rübündə açıqlayacağıq", - deyə Mərkəzi Bank sədri əlavə edib.
Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.
Ötən ay Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.