CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad olunan ərazilərdə meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi qurulur - Nazir

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının sərəncamları ilə "Ağıllı" şəhər və "Ağıllı" kənd konsepsiyasına uyğun quruculuq işləri geniş vüsət alıb.
BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanda Dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün milyonlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəlir.
Bunu Aİ-nın dəstəyi ilə həyata keçirilən "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərinin gücləndirilməsi" layihəsinin açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının sərəncamları ilə "Ağıllı" şəhər və "Ağıllı" kənd konsepsiyasına uyğun quruculuq işləri geniş vüsət alıb: "Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir avtomat hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Və burada gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır.
Hava sərhəd tanımır. Regionda hidrometeoroloji təhlükəsizliyin təmin edilməsində biz öz töhfəmizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatlarla paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcəkdir".
Qeyd edək ki, Yaponiyanın TEPSCO şirkəti "İşğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji Zonası" Konsepsiya sənədini hazırlayaraq hökumətə təqdim edib. Konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari üzrə daha təfsilatlı təhlil və təklifləri özündə əks etdirəcək Baş Plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması nəzərdə tutulur.
Xəbər lenti
0