Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türk dünyasının ən məşhur festivalı Şuşada keçiriləcək

© Sputnik / Murad OrujovВид на город Шуша
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Tədbirdə Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək.
BAKI, 27 oktyabr — Sputnik. Gələn il Şuşada beynəlxalq "Korkut Ata" ("Dədə Qorqud") türk dünyası film festivalı keçiriləcək. Türkiyə mətbuatının yaydığı xəbərə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan bildirib.
Dəmircanın sözlərinə görə, festival çərçivəsində ortaq istehsal üçün zəmin yaratmağı, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirəcəklər:

"Türk dünyasının mədəniyyət paytaxtı Bursada təşkil etdiyimiz üçüncü festivalı gələn il Azərbaycanın Şuşa şəhərində keçirəcəyik. Bu, ortaq irsimizin birgə istehsala çevrilməsinə zəmin yaradacaq".

Qeyd edək ki, Bursa şəhərində bu il ikinci dəfə 1-5 noyabr tarixlərində keçiriləcək "Korkut Ata Türk Dünyası Film Festivalı"na hazırlıqlar davam edir.
Festivalın dünən keçirilən təqdimat mərasimində çıxış edən Əhməd Misbah Dəmircan nazirlik olaraq maddi və qeyri-maddi mədəni irsin yaşadılması, qorunması və gələcək nəsillərə təhvil verilməsi üçün çalışdıqlarını bildirib.
Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla bir çox qurum və təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək festival türk respublikalarından və toplumlarından bir çox peşəkar kino xadimlərini və mədəniyyət xadimlərini bir araya gətirəcək.
Festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivalda türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq iştirak edəcək.
Xatırladaq ki, ötən il Mədəniyyət naziri Anar Kərimov "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcəyi barədə məlumat vermişdi. Nazir bildrimişdi ki, Şuşa, eyni zamanda, türk dünyasının 2023-cü il mədəniyyət paytaxtı elan ediləcək:
"2023-cü ildə "Korkut Ata" film festivalına ev sahibliyi etməyimizə dair təklifimizi verdik və bu, təsdiq olundu. Biz də 2023-cü ildə türkdilli dövlətlərin nümayəndələrini Şuşada qarşılayacağıq".
Xəbər lenti
0