NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR Seçinin "Vostok Oil" layihəsində iştirak təklifini nəzərdən keçirəcək - Nəcəfov

© Sputnik / Murad OrujovRövşən Nəcəf
Rövşən Nəcəf - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
İqor Seçin bildirib ki, şirkət layihə iştirakçıları arasında SOCAR da daxil olmaqla "öz dostlarını" görməyə şad olacaq.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Rosneft"in "Vostok Oil" layihəsində iştirak təklifini nəzərdən keçirəcək. Bunu şirkətin rəhbəri Rövşən Nəcəf jurnalistlərə bildirib.
Şirkətin bu təklifi nəzərdən keçirməyi planlaşdırdığına dair suala Rövşən Nəcəf "Bəli. Bütün təkliflər kimi", - deyə cavab verib.
Bir qədər əvvəl "Rosneft"in rəhbəri bildirib ki, şirkət layihə iştirakçıları arasında SOCAR da daxil olmaqla "öz dostlarını" görməyə şad olacaq.
Şirkətin rəhbərinin sözlərinə görə, bu il layihə üzrə aparılan geoloji-kəşfiyyat işləri zamanı "Vostok Oil" layihəsinin neft ehtiyatlarının əhəmiyyətli dərəcədə artması təsdiqini tapıb.
Yenisey çayının sol sahilində, Qərbi İrkinsk yatağında qazma işlərinin nəticələrinə əsasən, Dövlət Ehtiyatlar Komissiyası 100 milyon tondan çox həcmdə çıxarılan neft ehtiyatları ilə iki yeni yatağın aşkar edilməsini təsdiqləyib.
Ümumilikdə, kəşfiyyat işlərinin nəticələrinə görə, "Vostok Oil" layihəsinin resurs bazası 6,2 milyard tondan 6,5 milyard tona qədər artıb.
Xəbər lenti
0