https://sputnik.az/20221027/rusiya-azerbaycanla-serhedde-kecid-menteqelerini-inkisaf-etdirmek-niyyetindedir-447924391.html
Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini inkişaf etdirmək niyyətindədir
Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini inkişaf etdirmək niyyətindədir
Sputnik Azərbaycan
Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının yenidən qurulması üzrə işlər aparır. 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T12:07+0400
2022-10-27T12:07+0400
2022-10-27T15:53+0400
volqa
xəzər dənizi
kanal
xv avrasiya iqtisadi forumu
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_0:0:2001:1125_1920x0_80_0_0_2d1e7cd37f3fe42ca4018a3b8eaee0c7.jpg
BAKI, 27 oktyabr — Sputnik. Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini inkişaf etdirməyə və modernləşdirməyə davam edəcək. Bunu Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib."Biz nəzarət-buraxılış məntəqələrinə baxış keçirdik, "zəif yerləri" müəyyənləşdirdik. Təbii ki, hazırda aktiv modernləşdirmə gedir və biz keçid məntəqələrimizin imkanlarını genişləndirməyə davam edəcəyik".Bundan əlavə, Overçuk qeyd edib ki, Rusiya Federasiyası Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının yenidən qurulması üzrə işlər aparır.Baş nazirin müavininin sözlərinə görə, Rusiya İranda nəqliyyat və logistika terminallarının inkişafına, ilk növbədə İranı Azərbaycanla birləşdirən Rəşt-Astara dəmir yolunun çatışmayan 160 kilometrlik hissəsinin tikintisinə investisiya qoymaq niyyətindədir. Overçuk qeyd edib ki, bu yolla Fars körfəzindən Baltikaya birbaşa dəmir yolu əlaqəsi təmin ediləcək.Rusiya sanksiyalar böhranından sanksiya müəlliflərinin gözlədiyindən daha yaxşı çıxa bilirHökumət sədrinin müavini hesab edir ki, Rusiya sanksiya böhranını bu məhdudiyyətlərin müəlliflərinin gözlədiyindən daha yaxşı yaşayır."Rusiyaya gəlincə, biz bu böhranı ölkəmizə qarşı sanksiyalar hazırlayanların gözlədiklərindən qat-qat yaxşı yaşayırıq. 2022-ci ildə ÜDM-in gözlənilən azalması 2,9 % təşkil edir. Yadınızdadır ki, martda hamı 18 % proqnozlaşdırmışdı. İnflyasiya 12,4 % civarında olacaq, işsizlik rekord dərəcədə aşağı həddədir - 3,8% təşkil edir", - deyə Overçuk bildirib.O, həmçinin qeyd edib ki, Rusiya öz maddi alətləri olan ölkə olmaqla ucuz enerji qıtlığı yaşamır və müstəqil olaraq öz gələcəyini qura bilər. O, həmçinin, özünün və yaxın ölkələrin ərzaq təhlükəsizliyini təmin edir.Overçuk ümid etdiyini bildirib ki, nə vaxtsa Avropa ikitərəfli əlaqələri pozmaq, sanksiyaları sərtləşdirmək və rus xalqına qarşı qərəzli münasibət siyasətindən əl çəkə biləcək."Verona Forumunun yaxın vaxtlara qədər olduğu kimi İtaliyada keçirilməsi nəzərdə tutulurdu. Lakin Rusiyanı ləğv etmək siyasəti, Avropa Birliyinin rusdilli əhalinin hüquqlarını pozan hökumətlərə dəstək verməsi, rusların ana dillərini öyrənməsini və istifadəsini qadağan etməsi Veronanı tərk etməyə məcbur etdi. Biz çox ümid edirik ki, nə vaxtsa avropalılar Rusiyaya və rusiyalılara qarşı qərəzli münasibətini aradan qaldıracaq və davam edən faciənin əsl səbəblərini başa düşə biləcəklər", - deyə o, sözünə davam etdi.Baş nazirin müavini xüsusi olaraq qeyd edib ki, Qərblə Rusiya arasında təmaslar üçün belə forumlar demək olar ki, yoxdur. Bu gün Rusiya Federasiyası ilə Avropa ölkələri arasında hava əlaqəsi yoxdur, hava məkanı hər iki tərəfdən bağlıdır, dəniz əlaqəsi azalır. Avtomobil daşıyıcıları yüklərini yüklənmə və ya təkrar daşıma baş verən sərhəddə qoyur, bir sıra istiqamətlərdə isə dəmir yolu əlaqəsi yoxdur.Overçuk onu da qeyd edib ki, Rusiya Federasiyası ilə Avropanı birləşdirən boru kəmərlərinin yalnız kiçik bir hissəsi enerji sektorunda fəaliyyət göstərir. "Onlar ya bloklanır, ya sanksiyalar altındadır, ya da partladılır. Bu, 21-ci əsrin Avropasıdır", - deyə o izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_37:0:1814:1333_1920x0_80_0_0_c2820527ac51f93c4a08869db65bc61e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
volqa, xəzər dənizi, kanal
volqa, xəzər dənizi, kanal
Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini inkişaf etdirmək niyyətindədir
12:07 27.10.2022 (Yenilənib: 15:53 27.10.2022) Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının yenidən qurulması üzrə işlər aparır.
BAKI, 27 oktyabr — Sputnik. Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini inkişaf etdirməyə və modernləşdirməyə davam edəcək. Bunu Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Biz nəzarət-buraxılış məntəqələrinə baxış keçirdik, "zəif yerləri" müəyyənləşdirdik. Təbii ki, hazırda aktiv modernləşdirmə gedir və biz keçid məntəqələrimizin imkanlarını genişləndirməyə davam edəcəyik".
Bundan əlavə, Overçuk qeyd edib ki, Rusiya Federasiyası Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının yenidən qurulması üzrə işlər aparır.
"Xəzər dənizində biz dibinin dərinləşdirilməsi, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının, eləcə də Xəzər dənizindəki limanlarımızın yenidən qurulması üzərində işləyirik", - deyə o əlavə edib.
Baş nazirin müavininin sözlərinə görə, Rusiya İranda nəqliyyat və logistika terminallarının inkişafına, ilk növbədə İranı Azərbaycanla birləşdirən Rəşt-Astara dəmir yolunun çatışmayan 160 kilometrlik hissəsinin tikintisinə investisiya qoymaq niyyətindədir. Overçuk qeyd edib ki, bu yolla Fars körfəzindən Baltikaya birbaşa dəmir yolu əlaqəsi təmin ediləcək.
Rusiya sanksiyalar böhranından sanksiya müəlliflərinin gözlədiyindən daha yaxşı çıxa bilir
Hökumət sədrinin müavini hesab edir ki, Rusiya sanksiya böhranını bu məhdudiyyətlərin müəlliflərinin gözlədiyindən daha yaxşı yaşayır.
"Rusiyaya gəlincə, biz bu böhranı ölkəmizə qarşı sanksiyalar hazırlayanların gözlədiklərindən qat-qat yaxşı yaşayırıq. 2022-ci ildə ÜDM-in gözlənilən azalması 2,9 % təşkil edir. Yadınızdadır ki, martda hamı 18 % proqnozlaşdırmışdı. İnflyasiya 12,4 % civarında olacaq, işsizlik rekord dərəcədə aşağı həddədir - 3,8% təşkil edir", - deyə Overçuk bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya öz maddi alətləri olan ölkə olmaqla ucuz enerji qıtlığı yaşamır və müstəqil olaraq öz gələcəyini qura bilər. O, həmçinin, özünün və yaxın ölkələrin ərzaq təhlükəsizliyini təmin edir.
Overçuk ümid etdiyini bildirib ki, nə vaxtsa Avropa ikitərəfli əlaqələri pozmaq, sanksiyaları sərtləşdirmək və rus xalqına qarşı qərəzli münasibət siyasətindən əl çəkə biləcək.
"Verona Forumunun yaxın vaxtlara qədər olduğu kimi İtaliyada keçirilməsi nəzərdə tutulurdu. Lakin Rusiyanı ləğv etmək siyasəti, Avropa Birliyinin rusdilli əhalinin hüquqlarını pozan hökumətlərə dəstək verməsi, rusların ana dillərini öyrənməsini və istifadəsini qadağan etməsi Veronanı tərk etməyə məcbur etdi. Biz çox ümid edirik ki, nə vaxtsa avropalılar Rusiyaya və rusiyalılara qarşı qərəzli münasibətini aradan qaldıracaq və davam edən faciənin əsl səbəblərini başa düşə biləcəklər", - deyə o, sözünə davam etdi.
Baş nazirin müavini xüsusi olaraq qeyd edib ki, Qərblə Rusiya arasında təmaslar üçün belə forumlar demək olar ki, yoxdur. Bu gün Rusiya Federasiyası ilə Avropa ölkələri arasında hava əlaqəsi yoxdur, hava məkanı hər iki tərəfdən bağlıdır, dəniz əlaqəsi azalır. Avtomobil daşıyıcıları yüklərini yüklənmə və ya təkrar daşıma baş verən sərhəddə qoyur, bir sıra istiqamətlərdə isə dəmir yolu əlaqəsi yoxdur.
Overçuk onu da qeyd edib ki, Rusiya Federasiyası ilə Avropanı birləşdirən boru kəmərlərinin yalnız kiçik bir hissəsi enerji sektorunda fəaliyyət göstərir. "Onlar ya bloklanır, ya sanksiyalar altındadır, ya da partladılır. Bu, 21-ci əsrin Avropasıdır", - deyə o izah edib.