https://sputnik.az/20221027/qtisadi-strategiya-cercivesinde-2026-ci-ilde-azerbaycan-udm-si-12-defe-artacaq-447917864.html
İqtisadi strategiya çərçivəsində 2026-cı ildə Azərbaycan ÜDM-si 1,2 dəfə artacaq
İqtisadi strategiya çərçivəsində 2026-cı ildə Azərbaycan ÜDM-si 1,2 dəfə artacaq
Sputnik Azərbaycan
Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Avrasiya İqtisadi Forumunda bildirib ki, Azərbaycanın xarici iqtisadiyyatının prioritet istiqamətlərindən... 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T10:49+0400
2022-10-27T10:49+0400
2022-10-27T15:53+0400
şahin mustafayev
forum
bakı
azərbaycan
xv avrasiya iqtisadi forumu
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445868632_0:0:3072:1728_1920x0_80_0_0_d691b7efd966361846d5c7249c6778f0.jpg
BAKI, 27 oktyabr - Sputnik. 2022-2026-cı illər üçün iqtisadi strategiya çərçivəsində Azərbaycanda ÜDM 1,2 dəfə, neft sektorunda 1,4 dəfə artmalıdır. Bunu Bakıda keçirilən XV Avrasiya İqtisadi Forumunda çıxış edən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev deyib.“Biz iqtisadi inkişaf baxımından bəzi mənfi tendensiyaları müşahidə edirik. Azərbaycan müsbət nəticələr göstərir. Bu il Azərbaycan neft sektorunun 5,6 faiz artımını təmin edib. Eyni zamanda, ixrac iki dəfə artıb. ÜDM-ə gəlincə, artım 11% olub”, - deyə Mustafayev bildirib.Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və onların iqtisadiyyata inteqrasiyası prosesi Azərbaycanın əsas məqsədidir.“Deməliyəm ki, inkişafımızın bütün mərhələlərində enerji təhlükəsizliyi məsələləri çox böyük rol oynayıb. Azərbaycan bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verib. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında rolu təkcə bu sahəyə aid deyil, ölkəmizin regional miqyasda da mühüm rolu var”, - deyə Mustafayev bildirib.Nazir həmçinin qeyd edib ki, Azərbaycanın xarici iqtisadiyyatının prioritet istiqamətlərindən biri də yaşıl enerjinin inkişafıdır. Ölkənin bu baxımdan böyük potensialı var. 2026-cı ilə qədər istehlakın 17%-i RES tərəfindən təmin ediləcək.“Azərbaycanın məqsədi bu rəqəmi daha da artırmaqdır, biz istəyirik ki, ölkəmiz “yaşıl iqtisadiyyat” dövlətinə çevrilsin", - deyə Mustafayev əlavə edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445868632_307:0:3038:2048_1920x0_80_0_0_c1093dafad1b539f5c8f9dc62c80200b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
şahin mustafayev, forum, bakı, azərbaycan
şahin mustafayev, forum, bakı, azərbaycan
İqtisadi strategiya çərçivəsində 2026-cı ildə Azərbaycan ÜDM-si 1,2 dəfə artacaq
10:49 27.10.2022 (Yenilənib: 15:53 27.10.2022) Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Avrasiya İqtisadi Forumunda bildirib ki, Azərbaycanın xarici iqtisadiyyatının prioritet istiqamətlərindən biri “yaşıl enerji”nin inkişafıdır, respublikanın bu istiqamətdə böyük potensialı var.
BAKI, 27 oktyabr - Sputnik. 2022-2026-cı illər üçün iqtisadi strategiya çərçivəsində Azərbaycanda ÜDM 1,2 dəfə, neft sektorunda 1,4 dəfə artmalıdır. Bunu Bakıda keçirilən XV Avrasiya İqtisadi Forumunda çıxış edən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev deyib.
“Biz iqtisadi inkişaf baxımından bəzi mənfi tendensiyaları müşahidə edirik. Azərbaycan müsbət nəticələr göstərir. Bu il Azərbaycan neft sektorunun 5,6 faiz artımını təmin edib. Eyni zamanda, ixrac iki dəfə artıb. ÜDM-ə gəlincə, artım 11% olub”, - deyə Mustafayev bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və onların iqtisadiyyata inteqrasiyası prosesi Azərbaycanın əsas məqsədidir.
“Deməliyəm ki, inkişafımızın bütün mərhələlərində enerji təhlükəsizliyi məsələləri çox böyük rol oynayıb. Azərbaycan bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verib. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında rolu təkcə bu sahəyə aid deyil, ölkəmizin regional miqyasda da mühüm rolu var”, - deyə Mustafayev bildirib.
Nazir həmçinin qeyd edib ki, Azərbaycanın xarici iqtisadiyyatının prioritet istiqamətlərindən biri də yaşıl enerjinin inkişafıdır. Ölkənin bu baxımdan böyük potensialı var. 2026-cı ilə qədər istehlakın 17%-i RES tərəfindən təmin ediləcək.
“Azərbaycanın məqsədi bu rəqəmi daha da artırmaqdır, biz istəyirik ki, ölkəmiz “yaşıl iqtisadiyyat” dövlətinə çevrilsin", - deyə Mustafayev əlavə edib.