XV Веронский Евразийский экономический форум в Баку - Sputnik Azərbaycan, 1920
XV Avrasiya İqtisadi Forumu

Putin: Avrasiyanın əhəmiyyəti ildən-ilə artır

© Sputnik / Константин ЗавражинRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Bu gün Bakıda XV Verona Avrasiya İqtisadi Forumu öz işinə başlayıb.
BAKI, 27 oktyabr — Sputnik. Avrasiya İqtisadi Forumu özünün on beş illik tarixində Böyük Avrasiya ərazisində əməkdaşlığın inkişafı ilə bağlı ciddi, məzmunlu söhbətin aparıldığı beynəlxalq platforma kimi yüksək nüfuz qazanıb. Bu barədə Rusiya prezidenti Vladimir Putinin Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunun iştirakçılarına təbrikində deyilir. Təbrikin mətni Kremlin saytında dərc olunub.
Rusiya Prezidentinin sözlərinə görə, Avrasiyanın əhəmiyyəti ilbəil artır, yeni iqtisadi yüksəliş mərkəzləri güclənir, inteqrasiya qrupları yaranır və onların potensialları birləşdirilir. Avrasiya regionu ölkələri arasında əməkdaşlıq suverenlik və bərabərlik prinsiplərinə əsaslanır.
"Region dövlətləri arasında əməkdaşlıq suverenlik, bərabərlik, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. Rusiya da öz növbəsində Böyük Avrasiyada kontinental sülh, sabitlik və firavanlıq məkanının yaradılmasına yönəlmiş fəal səylərini davam etdirəcək", - deyə Rusiya prezidenti təbrikində bildirilir.
Rusiya Prezidentinin sözlərinə görə, özünün on beş illik tarixi ərzində Forum Böyük Avrasiya ərazisində çoxşaxəli qarşılıqlı fəaliyyətin inkişafı ilə bağlı ciddi, məzmunlu söhbətlərin aparıldığı beynəlxalq platforma kimi yüksək nüfuz qazanıb.
Putin xüsusi olaraq qeyd edib ki, forumda siyasətçilər, aparıcı şirkətlərin rəhbərləri, alimlər, ekspertlər və jurnalistlər arasındakı açıq ünsiyyətə "Dünyanın inqilabi transformasiyalar dövrünü yaşadığı və ədalətli çoxqütblü dünyanın formalaşdığı indiki şəraitdə xüsusi tələbat var."
Putin hesab edir ki, dünyada və Avrasiyada yaranan vəziyyətin "Verona formatında" müzakirəsi nəinki bu günün reallıqlarını hərtərəfli hiss etməyə, həm də gələcəyə nəzər salmağa, dövlətlər və Böyük Avrasiyanın müxtəlif inteqrasiya birlikləri arasında yeni balanslaşdırılmış və bərabərhüquqlu münasibətlər modeli quruculuğunun məqsədlərini və perspektivlərini müəyyən etməyə imkan verəcək.
Qeyd edək ki, bu gün Bakıda XV Verona Avrasiya İqtisadi Forumu öz işinə başlayıb.
Xəbər lenti
0