Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - Yenilənib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya
Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Bu gün Bakıda XV Avrasiya İqtisadi Forumu işinə başlayıb. Tədbirdə Rusiya və Azərbaycanın bir sıra rəsmi şəxsləri iştirak edirlər.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar 2030-cu ilə qədər qarşıya qoyulmuş hədəflərə nail olacağına əminlik ifadə edildi və bu istiqamətdə əldə olunan nailiyyətlər xüsusi vurğulanıb.
Ölkəmizin BMT-nin Cenevrə bölməsi yanındakı strukturları və ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığı qeyd olunub.
Bundan əlavə, Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatlarına verdiyi könüllü maliyyə töhfələri, həmçinin donor təşəbbüslərini dəstəkləməsi məsələləri vurğulanıb.
COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Hərəkatın 80-dən çox üzv ölkəsinə göstərdiyi humanitar və maliyyə yardımı nümunəvi hal kimi qiymətləndirilib.
Tatyana Valovaya BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş fotosərginin əhəmiyyətinə toxunub.
Bildirilib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermiş Azərbaycan qadınlarını təşviq edir və ilk olaraq Bakıda təşkil edilən bu tədbir mütəmadi şəkildə digər ölkələrdə də keçiriləcək.
Xatırladaq ki, bu ilin iyun ayının 22-də İlham Əliyevin BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşü keçirilib.
Həmin görüş Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə təsadüf etmişdi. Bundan sonra o, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşmüşdü.
Qeyd edək ki, bu gün Bakıda XV Avrasiya İqtisadi Forumu işinə başlayıb. Tədbirdə Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov və digər rəsmi şəxslər iştirak edirlər.
Xəbər lenti
0