https://sputnik.az/20221027/prezident-lham-eliyev-aleksey-overcuku-qebul-edib-447931826.html
Prezident İlham Əliyev Aleksey Overçukla nədən danışıb? VİDEO
Prezident İlham Əliyev Aleksey Overçukla nədən danışıb? VİDEO
Sputnik Azərbaycan
Prezident İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T17:30+0400
2022-10-27T17:30+0400
2022-10-27T17:32+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
aleksey overçuk
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447928278_234:0:2360:1196_1920x0_80_0_0_2075764c761af8f502b1262ba936e4bd.jpg
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.Görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərimizin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi, bütün istiqamətlər üzrə irəliləyişin olduğu və ticarət dövriyyəsinin artdığı vurğulandı. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparıldı.Söhbət zamanı 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə olundu.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edək ki, bu gün XV Verona Avrasiya İqtisadi Forumunda Rusiya baş nazirinin müavini Aleksey Overçuk çıxış edib.O bildirib ki, Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini inkişaf etdirməyə və modernləşdirməyə davam edəcək."Xəzər dənizində biz dibinin dərinləşdirilməsi, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının, eləcə də Xəzər dənizindəki limanlarımızın yenidən qurulması üzərində işləyirik", - deyə o əlavə edib.Baş nazirin müavininin sözlərinə görə, Rusiya İranda nəqliyyat və logistika terminallarının inkişafına, ilk növbədə İranı Azərbaycanla birləşdirən Rəşt-Astara dəmir yolunun çatışmayan 160 kilometrlik hissəsinin tikintisinə investisiya qoymaq niyyətindədir.Overçuk qeyd edib ki, bu yolla Fars körfəzindən Baltikaya birbaşa dəmir yolu əlaqəsi təmin ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447928278_765:0:2360:1196_1920x0_80_0_0_eb67f7ac8bd15bf47aeae2bb32e13915.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, aleksey overçuk, rusiya
prezident ilham əliyev, aleksey overçuk, rusiya
Prezident İlham Əliyev Aleksey Overçukla nədən danışıb? VİDEO
17:30 27.10.2022 (Yenilənib: 17:32 27.10.2022) Prezident İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərimizin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi, bütün istiqamətlər üzrə irəliləyişin olduğu və ticarət dövriyyəsinin artdığı vurğulandı. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə olundu.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün XV Verona Avrasiya İqtisadi Forumunda Rusiya baş nazirinin müavini Aleksey Overçuk çıxış edib.
O bildirib ki, Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini inkişaf etdirməyə və modernləşdirməyə davam edəcək.
"Xəzər dənizində biz dibinin dərinləşdirilməsi, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının, eləcə də Xəzər dənizindəki limanlarımızın yenidən qurulması üzərində işləyirik", - deyə o əlavə edib.
Baş nazirin müavininin sözlərinə görə, Rusiya İranda nəqliyyat və logistika terminallarının inkişafına, ilk növbədə İranı Azərbaycanla birləşdirən Rəşt-Astara dəmir yolunun çatışmayan 160 kilometrlik hissəsinin tikintisinə investisiya qoymaq niyyətindədir.
Overçuk qeyd edib ki, bu yolla Fars körfəzindən Baltikaya birbaşa dəmir yolu əlaqəsi təmin ediləcək.