Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Karantin rejimi ilə bağlı yeni qərar verildi

© Sputnik / Murad OrujovBakıda tibbi maskada olan insanlar, arxiv şəkli
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Nazirlər Kabinetinin qərarı ilə karantin rejimi ilə bağlı müddət uzadılıb.
BAKI, 27 oktyabr — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qeyd edək ki, bundan əvvəl bu müddət 2022-ci il 1 noyabr saat 06:00-dək olan dövrü əhatə edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılmışdı. 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilib. Bunlar aşağıdakılardır:
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;
- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların "icaze.e-gov.az" portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.
Xəbər lenti
0