Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırılıb

© Photo : State Security Service of the Republic of AzerbaijanDTX əməkdaşları, arxiv şəkli
DTX əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
BAKI, 27 oktyabr — Sputnik. Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri azaldılıb. Bu, Prezdent İlham Əliyevin bu gün imzaladığı fərmanla "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 578 nömrəli fərmanına edilən dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisində Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizəni həyata keçirən Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanun ilə müəyyən edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək hüququna malik olub.
Artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasının ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi - narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq, nəzarətli göndərişin keçirilməsinə dair qərar yalnız narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq, nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarı qəbul etmək, Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar cinayətkar fəaliyyət haqqında sübut əldə etmək məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna uyğun olaraq nəzarət qaydasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını almaq hüquqları da olub. Artıq bu sahədə səlahiyyətlər də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilib.
Müvafiq olaraq bu sahədə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısından da Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini çıxarılıb.
Xəbər lenti
0