NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dolların ucuzlaşması nefti bahalaşdırır

© AP Photo / Richard DrewQlobal iqtisadi indeksləri göstərən elektron tablo, arxiv şəkli
Qlobal iqtisadi indeksləri göstərən elektron tablo, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Avropa Mərkəzi Bankının da faiz dərəcələrini artıracağına dair yayılan xəbərlər dolları ucuzlaşdırır.
BAKI, 27 oktyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,09 dollar artaraq 95,78 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,09 dollar bahalaşaraq 88 dollar olub.
Azərbaycan neftinin qiyməti də bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,67 dollar artaraq 96,73 dollar olub.
Qeyd edək ki, dolların son günlərdə ucuzlaşması ilə əlaqədar neft bahalaşır. Dolların ucuzlaşması ABŞ Mərkəzi Bankının faiz dərəcələrini artırmasından sonra baş verib. Avropa Mərkəzi Bankının da faiz dərəcələrini artıracağına dair yayılan xəbərlər dolları ucuzlaşdırır.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xəbər lenti
0