https://sputnik.az/20221027/direktorlarin-ise-qebulu-uzre-musahibelere-baslanilir-447920100.html
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Sputnik Azərbaycan
Bu müsahibədə şagird sayı 500-dən çox olan məktəblərin direktorları iştirak edəcəklər. 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T13:11+0400
2022-10-27T13:11+0400
2022-10-27T13:11+0400
müsahibə
təhsil
direktor
işə qəbul
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42291/52/422915269_0:0:3071:1728_1920x0_80_0_0_b1fe90e75e53de22927f675ba4a66a66.jpg
BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 31-dən etibarən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsinin keçiriləcəyi tarix, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib.Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda "Microsoft Teams" platforması vasitəsilə Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.Qeyd edək ki, hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.Xatırladaq ki, noyabrın 1-dən etibarən isə ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.Məlumat üçün bildirək ki, tədris işləri üzrə direktor müavini, ən azı 3 il fasiləsiz pedaqoji fəaliyyətlə məşğul olan, qabaqcıl sinif rəhbəri və ya metodbirləşmə rəhbəri və ya məktəbdə təşkil olunmuş digər kollegial orqanlarının rəhbəri olmuş müəllimlər arasından seçilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42291/52/422915269_340:0:3071:2048_1920x0_80_0_0_7b9e4d313a69396672a2291e1d9d71be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müsahibə, direktor, işə qəbul, elm və təhsil nazirliyi
müsahibə, direktor, işə qəbul, elm və təhsil nazirliyi
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Bu müsahibədə şagird sayı 500-dən çox olan məktəblərin direktorları iştirak edəcəklər.
BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 31-dən etibarən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsinin keçiriləcəyi tarix, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda "Microsoft Teams" platforması vasitəsilə Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Qeyd edək ki, hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Xatırladaq ki, noyabrın 1-dən etibarən isə ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.
Məlumat üçün bildirək ki, tədris işləri üzrə direktor müavini, ən azı 3 il fasiləsiz pedaqoji fəaliyyətlə məşğul olan, qabaqcıl sinif rəhbəri və ya metodbirləşmə rəhbəri və ya məktəbdə təşkil olunmuş digər kollegial orqanlarının rəhbəri olmuş müəllimlər arasından seçilir.