NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bakı-Tbilisi-Ceyhan kəmərilə 32 milyon ton Türkmənistan nefti dünya bazarına çıxarılıb

© Photo : SOCARSOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb
SOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
SOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb.
BAKI, 27 oktyabr — Sputnik. SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 27-ci "Türkmənistanın nefti və qazı – 2022" beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabada səfər edib.
SOCAR-dan bildirilib ki, "Türkmənistanın nefti və qazı – 2022" beynəlxalq sərgi və konfransının "Enerjinin gələcəyi – yeni çağırışlar və imkanlar" mövzusunda keçirilən plenar sessiyasında çıxış edən Rövşən Nəcəf Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından danışıb, "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun ölkələrimiz üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq baxımından yeni imkanlar açdığını vurğulayıb.
SOCAR prezidenti Cənub Qaz Dəhlizinin ölkəmiz ilə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Bu günədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən Rövşən Nəcəf, həmçinin SOCAR-ın neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə danışıb.
© Photo : SOCARSOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb
SOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb - Sputnik Azərbaycan, 1920, 27.10.2022
SOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb
"Dostluq" yatağı
Xatırladaq ki, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni "Aralıq" adlandırılıb. "Dostluq" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.
1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.
Hər iki respublika müstəqillik əldə etdikdən sonra, bu neft-qaz yatağı onlarin arasinda mübahisə predmeti olub.
2021-ci il yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb.
Memorandumun təsdiqi
2021-ci il fevralın 25-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
Onu da bildirək ki, Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən 5 dəfə artıb.
Xəbər lenti
0