XV Веронский Евразийский экономический форум в Баку - Sputnik Azərbaycan, 1920
XV Avrasiya İqtisadi Forumu

Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyəti artacaq - Reşetnikov

© SputnikRusiya Federasiyasının İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov, arxiv şəkli
Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Bundan əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların 15 milyon tona çatdırılacağını bildirib.
BAKI, 27 oktyabr - Sputnik. Şimal-Cənub və Şərq-Qərb marşrutları üzrə tədarükün artımını nəzərə alsaq, Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyəti daha da artacaq. Bu barədə cümə axşamı Bakıda XV Verona Avrasiya İqtisadi Forumu zamanı Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib.
“Ümumiyyətlə, Şimal-Cənub marşrutları üzrə və Şərq-Qərb istiqamətində tədarükün gözlənilən artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyəti artacaq”, deyə rusiyalı nazir bildirib.
© Sputnik / Zarina OrudzhalievaBakıda XV Verona Avrasiya İqtisadi Forumu
 XV Веронский Евразийский экономический форум в Баку - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Bakıda XV Verona Avrasiya İqtisadi Forumu
Bundan əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların 15 milyon tona çatdırılacağını bildirib.
Onun sözlərinə görə, iştirakçı ölkələr hazırkı mərhələdə dəhlizin zəif hissələrini müəyyən etmək üçün tədbirlər görür.
Xəbər lenti
0