https://sputnik.az/20221027/azerbaycanda-qirmizi-kitaba-dusen-agaclar-kesilib-447942378.html
Azərbaycanda "Qırmızı Kitab"a düşən ağaclar kəsilib
Azərbaycanda "Qırmızı Kitab"a düşən ağaclar kəsilib
Sputnik Azərbaycan
Araşdırma zamanı təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub. 27.10.2022, Sputnik Azərbaycan
2022-10-27T18:04+0400
2022-10-27T18:04+0400
2022-10-27T18:04+0400
ağac
azərbaycan xəbərləri
qırmızı kitab
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437721130_396:0:4037:2048_1920x0_80_0_0_d30aaad1ea0ff0882b2bc7d895a3e0b0.jpg
BAKI, 27 oktyabr — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.Xatırladaq ki, Bakıda "Qırmızı kitab"a düşən Eldar şamı ağacları quruyur. Bayılda, Mərdəkanda, Binəqədidə, Nərimanov və Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Məsələ ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildirilib ki, mütəxəssislər şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437721130_851:0:3582:2048_1920x0_80_0_0_60bab77638203c07562c72a82e013762.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ağac, qırmızı kitab
Azərbaycanda "Qırmızı Kitab"a düşən ağaclar kəsilib
Araşdırma zamanı təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub.
BAKI, 27 oktyabr — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xatırladaq ki, Bakıda "Qırmızı kitab"a düşən Eldar şamı ağacları quruyur. Bayılda, Mərdəkanda, Binəqədidə, Nərimanov və Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Məsələ ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildirilib ki, mütəxəssislər şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib.