XV Веронский Евразийский экономический форум в Баку - Sputnik Azərbaycan, 1920
XV Avrasiya İqtisadi Forumu

Azərbaycan Avrasiyada iqtisadi sabitliyin mərkəzinə çevrilir

© Sputnik / Zarina OrudzhalievaBakıda XV Avrasiya İqtisadi Forumu
Bakıda XV Avrasiya İqtisadi Forumu  - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Bakı yeni geosiyasi, eləcə də sosial-iqtisadi nizamın formalaşmasında mühüm rolunu və artan ticarət-iqtisadi potensialını təsdiqləyir.
BAKI, 27 oktyabr - Sputnik. Bakıda XV Avrasiya İqtisadi Forumu öz işinə başlayıb. İki gün ərzində, 27-28 oktyabrda iştirakçılar Böyük Avrasiyada iqtisadiyyat və maliyyə, səhiyyə, ekologiya, enerji və texnoloji innovasiyalar sahəsində geniş spektrli məsələləri müzakirə edəcəklər.
Forumun əsas mövzusu “Avrasiya yeni geosiyasi və sosial-iqtisadi nizama doğru: yeni insan mərkəzli iqtisadiyyata keçid” olacaq.
Avrasiya İqtisadi Forumu pandemiyadan sonrakı dövrdə dünya ticarət-iqtisadi əlaqələrinin bərpası kontekstində keçirilir və burada Azərbaycana mühüm rollardan biri verilir. Respublika özünü işgüzar fəallığın içində tapdı, buna görə də XV Avrasiya İqtisadi Forumunun keçirilmə yeri kimi Bakı seçildi. Azərbaycanın paytaxtı coğrafi baxımdan Avrasiyanın mərkəzində, həm də tarixən ticarət yollarının kəsişməsində yerləşir.
Bundan əvvəl tədbirə ənənəvi olaraq İtaliyanın Verona şəhəri ev sahibliyi edirdi.
Qeyd edək ki, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın prezidenti Forumda “Avrasiyanı tanı” Assosiasiyası Antonio Falliko iştirak edir.
Tədbirin ilk günündə qlobal enerji çağırışları, Avropanın enerji təhlükəsizliyi, qlobal geosiyasətdə biznesin rolu və Atlantik okeanından Sakit okeana qədər əməkdaşlıq iqtisadiyyatının yaradılmasına dair sessiyalar keçiriləcək.
Həmçinin, açılış günü “Azərbaycan - Avrasiya iqtisadi əməkdaşlığının əsas mərkəzi və onun Aİİ ilə münasibətlərdə perspektivləri” adlı xüsusi sessiya keçiriləcək. Burada ekspertlər Azərbaycanı gözləyən perspektivlər barədə ətraflı danışacaqlar.
Forumun yekun günündə Böyük Avrasiyada yeni geosiyasi çağırışlar şəraitində maliyyə sektorunun işi, nəqliyyat və infrastrukturun inkişafı, o cümlədən sənaye inqilabı və gələcək iqtisadiyyatın formalaşması ilə bağlı müzakirələr aparılacaq.
Xəbər lenti
0