Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ağalıda məşğulluğun təmin edilməsi üçün yeni layihə başlayıb

© AFP 2024 / Tofik BABAYEVZəngilan rayonu, Ağalı kəndi
Zəngilan rayonu, Ağalı kəndi - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.
BAKI, 27 oktyabr — Sputnik. İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində sakinlərin məşğulluğunun təmin edilməsinə yönəlmiş tədbirlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki DOST İş Mərkəzi və "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs arasındakı əməkdaşlıq çərçivəsində Ağalı kəndində sosial iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni layihəyə başlanıb.
Layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.
Bundan əlavə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq həyata keçirilərək 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.
Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Sentyabrın 10-dək 66 ailə - 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.
Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.
Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.
Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Xəbər lenti
0