Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar - FOTO

© AR Ministry of DefenceXarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar
Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Xarici ölkələrin hərbi nümayəndələrinə hərbi liseyin tarixi və fəaliyyəti barədə ətraflı brifinq təqdim edilib.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
© AR Ministry of DefenceXarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar
Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar
Qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.
Xarici ölkələrin hərbi nümayəndələrinə hərbi liseyin tarixi və fəaliyyəti barədə ətraflı brifinq təqdim edilib.
Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazası ilə tanış olub, tədris prosesini izləyiblər.
© AR Ministry of DefenceXarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar
Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar
Hərbi attaşelər təhsil müəssisəsinin xatirə kitabına ürək sözlərini yazıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Xatırladaq ki, diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi lisey ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb.
24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılıb. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar.
Xəbər lenti
0