https://sputnik.az/20221026/xanende-mirelem-mirelemov-azan-oxudu-merakesde-onu-ayaq-uste-alqisladilar-447875128.html
Xanəndə Mirələm Mirələmov azan oxudu, Mərakeşdə onu ayaq üstə alqışladılar
Xanəndə Mirələm Mirələmov azan oxudu, Mərakeşdə onu ayaq üstə alqışladılar
Sputnik Azərbaycan
Beynəlxalq Muğam Mərkəzinin solistlərinin (BMM) Mərakeşdə keçirilən 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında çıxışları böyük alqışlar və maraqla qarşılanıb. 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T08:16+0400
2022-10-26T08:16+0400
2022-10-26T08:16+0400
muğam
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/41024/31/410243169_0:0:2000:1125_1920x0_80_0_0_0359994f00fd7ebc5a2477f7d2303e73.jpg
BAKI, 26 oktyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin solistləri (BMM) Mərakeşdə keçirilən 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında iştirak ediblər. Beynəlxalq Muğam Mərkəzindən verilən xəbərə görə, festivalın proqramına əsasən 23 oktyabr tarixində çıxış edən xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva bir saatdan artıq proqramda muğamlarımız və xalq mahnılarımızdan ibarət musiqi çələngi təqdim ediblər. Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət edib. BMM –nin solistlərinin çıxışları festival iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb və konsert festivalın rəsmi facebook səhifəsi ilə canlı yayımlanıb. Festivalın təşkilat komitəsi bildirib ki, BMM-nin tərəfdaş kimi festivala qatılması, xanəndələrin ifasında Azərbaycan muğamları eləcə də "Dumanlı Təbriz" pyesindən Qönçələb xanımın mahnısı, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun böyük dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi "Kor ərəbin mahnısı" kimi ifaları gurultulu alqışlarla qarşılanıb. Xanəndə Mirələm Mirələmovun festivalın mövzusuna uyğun olaraq azan səsləndirməsi isə bütün iştirakçılarda böyük çoşğuya səbəb olub.Qeyd edək ki, festivalın təşkilat komitəsi Azərbaycanın milli sərvəti olan muğamı təbliğ edən BMM-ni festivalın rəsmi tərəfdaşları sırasına daxil edib. Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə təşkil edilən mötəbər tədbirdə musiqimizin təbliği və beynəlxalq festivalın tərəfdaşı kimi çıxış etmək Mərkəzin fəaliyyəti üçün mühüm hadisələrdən biri sayılır.BMM-nin kollektivi həmçinin festivalın açılış mərasimində də çıxış ediblər və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər.Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.Xarici dövlətlərlə musiqi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq BMM-nin də prioritet istiqamətlərindən biridir. Bu günə kimi BMM-nin "Etnomusiqi inciləri" çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM -nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41024/31/410243169_270:0:1938:1251_1920x0_80_0_0_4224c72a07ad689777bc817c3f3c1fb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muğam
Xanəndə Mirələm Mirələmov azan oxudu, Mərakeşdə onu ayaq üstə alqışladılar
Beynəlxalq Muğam Mərkəzinin solistlərinin (BMM) Mərakeşdə keçirilən 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında çıxışları böyük alqışlar və maraqla qarşılanıb.
BAKI, 26 oktyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin solistləri (BMM) Mərakeşdə keçirilən 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında iştirak ediblər. Beynəlxalq Muğam Mərkəzindən verilən xəbərə görə, festivalın proqramına əsasən 23 oktyabr tarixində çıxış edən xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva bir saatdan artıq proqramda muğamlarımız və xalq mahnılarımızdan ibarət musiqi çələngi təqdim ediblər.
Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət edib. BMM –nin solistlərinin çıxışları festival iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb və konsert festivalın rəsmi facebook səhifəsi ilə canlı yayımlanıb.
Festivalın təşkilat komitəsi bildirib ki, BMM-nin tərəfdaş kimi festivala qatılması, xanəndələrin ifasında Azərbaycan muğamları eləcə də "Dumanlı Təbriz" pyesindən Qönçələb xanımın mahnısı, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun böyük dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi "Kor ərəbin mahnısı" kimi ifaları gurultulu alqışlarla qarşılanıb.
Xanəndə Mirələm Mirələmovun festivalın mövzusuna uyğun olaraq azan səsləndirməsi isə bütün iştirakçılarda böyük çoşğuya səbəb olub.
Qeyd edək ki, festivalın təşkilat komitəsi Azərbaycanın milli sərvəti olan muğamı təbliğ edən BMM-ni festivalın rəsmi tərəfdaşları sırasına daxil edib. Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə təşkil edilən mötəbər tədbirdə musiqimizin təbliği və beynəlxalq festivalın tərəfdaşı kimi çıxış etmək Mərkəzin fəaliyyəti üçün mühüm hadisələrdən biri sayılır.
BMM-nin kollektivi həmçinin festivalın açılış mərasimində də çıxış ediblər və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər.
Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.
Xarici dövlətlərlə musiqi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq BMM-nin də prioritet istiqamətlərindən biridir. Bu günə kimi BMM-nin "Etnomusiqi inciləri" çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM -nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.