CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdə uşaq bağçasının sabiq müdirinin cinayət işi məhkəməyə göndərilib

© Official website of President of Azerbaijan Republicuşaq bağçası
uşaq bağçası - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Nərgiz Bağırova təmir işlərinin aparılması məqsədilə ayrılan pul vəsaitinin təyinatından yayındırılması və digər qanunsuz yollarla ümumilikdə 12 min 59 manat pul vəsaitini mənimsəməklə talayıb.
BAKI, 26 oktyabr — Sputnik. Tərtər rayonunun Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın işlədiyi dövrdə qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Tərtər Rayon Prokurorluğundan verilən məlumat görə, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, Nərgiz Bağırova vəzifəli şəxs kimi 2017-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək olan dövrdə körpələr evi-uşaq bağçasına davamiyyəti olmayan ayrı-ayrı şəxslərin adlarının tərtib olunmuş menyularda qeyd olunaraq artıq ərzaq məhsullarının məxaricə silinməsi, təmir işlərinin aparılması məqsədilə ayrılan pul vəsaitinin təyinatından yayındırılması və digər qanunsuz yollarla ümumilikdə 12 min 59 manat məbləğində pul vəsaitini vahid qəsdlə mənimsəməklə talayıb.
Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sabiq baş məsləhətçi-baş mühasibi Aslan Zamanov nümayəndəlikdən maliyyələşən Tərtər rayon Bayandur və Yenikənd körpələr evi-uşaq bağçalarının işçilərinin 2017-2020-ci büdcə illəri ərzində əməkhaqqıları hesablanarkən onlara ödəniləcək əməkhaqqı məbləğlərinin süni şəkildə azaldılması yolu ilə özünün əməkhaqqı ödənişi üzrə bank filialında olan hesabına 2 min 641 manat pulun köçürülməsi və digər yollarla ona etibar edilmiş ümumilikdə 3 min181 manat pulu talayıb.
Toplanmış sübutlar əsasında Nərgiz Bağırovaya Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Aslan Zamanova isə Cinayət Məcəlləsinin 179.2.3-cü, 308.1-cü və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilib.
Xəbər lenti
0