https://sputnik.az/20221026/serhed-bolgesine-seferler-sulh-prosesine-nece-tesir-edecek---politoloq-aciqladi-447856634.html
Sərhəd bölgəsinə səfərlər sülh prosesinə necə təsir edəcək? - Politoloq açıqladı
Sərhəd bölgəsinə səfərlər sülh prosesinə necə təsir edəcək? - Politoloq açıqladı
Sputnik Azərbaycan
Politoloq İlyas Hüseynov bildirib ki, bu səfərlər regionda sülhə töhfə vermir və sülh istiqamətində olan təşəbbüsləri də kölgədə saxlayır. 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T13:00+0400
2022-10-26T13:00+0400
2022-10-26T13:00+0400
sərhəd
təhlil
atət
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
minsk qrupu
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426583842_0:205:2001:1330_1920x0_80_0_0_54c79827fbb953b297a431d287f39b5d.jpg
BAKI, 26 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.Eyni zamanda oktyabrın 24-də ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofisinin direktoru Mark Kameron Ermənistana səfər edib.Xatırladaq ki, bir müddət əvvəl ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcəyini açıqlamışdı. Azərbaycan XİN isə ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkətinin etimad quruculuğunun əsas prinsiplərinə zidd olduğunu bəyan etmişdi.Azərbaycan və Ermənistan arasında davam edən sülh quruculuğu prosesinə son səfərlərin və ATƏT missiyasının təsiri ilə bağlı politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıb.Politoloq İlyas Hüseynov bildirib ki, bu səfərlər regionda sülhə töhfə vermir və sülh istiqamətində olan təşəbbüsləri də kölgədə saxlayır: "ATƏT-in mülki missiyasının regiona göndərilməsinin heç bir hüquqi əsas yoxdur. ATƏT regional təşkilat kimi konsensus əsasında qərarlar qəbul etməlidir. Lakin sadəcə Ermənistanın müraciəti əsasında və kollegial qərar qəbul edilmədən bu missiyanın göndərilməsi baş tutub. Azərbaycan tərəfi buna mənfi münasibətini bildirməkdə haqlıdır. Biz unutmamışıq ki, ATƏT 30 ilə yaxın davam edən işğal dövründə heç bir həlledici qərar qəbul etməyib. Qısaca desək, bir qarış torpağımız da ATƏT-in vasitəçiliyi ilə azad edilməyib".Politoloq bildirib ki, Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ bərpa edib: "Hazırkı məqamda Ermənistan prosesi uzatmaq və üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif oyunçuları regiona cəlb edir. Ermənistan həm də yenidən ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu bərpa etməyə çalışır. Bu işdə isə ona Fransa dəstək olur və çox ciddi şəkildə ermənipərəst mövqedən çıxış edir. Biz bunu Fransa Prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərdə də açıq-aydın gördük. Lakin unutmaq olmaz ki, Fransanın Cənubi Qafqaza münasibətdə həm də öz maraqları var. Fransa Rusiya və Türkiyəni bölgədən sıxışdırıb çıxarmağa çalışır. Buna görə də Azərbaycanı hədəfə alırlar".İlyas Hüseynov qeyd edib ki, ATƏT-in Minsk Qrupunun və yaxud onun missiyasının regionda olması və fəallaşması sülh və təhlükəsizliyə hər hansı töhfə verməyəcək. Onun fikrincə, bu institut mövcud olduğu dövr ərzində münaqişələrin həllinə heç bir töhfə verməyib: "ATƏT regionda təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfə verməyəcək. Lakin Azərbaycan məsələlərə daha praqmatik yanaşır, məsələlərin hüquqi zəmində həllinə çalışır. İlk növbədə Aİ və Rusiyanın vasitəçiliyi ilə qəbul olunmuş sənədlərin implementasiyası prioritet hesab olunur. Ermənistanın isə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqdan ötrü bu addımları atması bizə yaxşı bəllidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426583842_0:0:1773:1330_1920x0_80_0_0_d42cc5dd40389d5a818b55fd8a171cae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, atət, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, minsk qrupu
sərhəd, atət, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, minsk qrupu
Sərhəd bölgəsinə səfərlər sülh prosesinə necə təsir edəcək? - Politoloq açıqladı
Politoloq İlyas Hüseynov bildirib ki, bu səfərlər regionda sülhə töhfə vermir və sülh istiqamətində olan təşəbbüsləri də kölgədə saxlayır.
BAKI, 26 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Eyni zamanda oktyabrın 24-də ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofisinin direktoru Mark Kameron Ermənistana səfər edib.
Xatırladaq ki, bir müddət əvvəl ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcəyini açıqlamışdı. Azərbaycan XİN isə ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkətinin etimad quruculuğunun əsas prinsiplərinə zidd olduğunu bəyan etmişdi.
Azərbaycan və Ermənistan arasında davam edən sülh quruculuğu prosesinə son səfərlərin və ATƏT missiyasının təsiri ilə bağlı politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıb.
Politoloq İlyas Hüseynov bildirib ki, bu səfərlər regionda sülhə töhfə vermir və sülh istiqamətində olan təşəbbüsləri də kölgədə saxlayır: "ATƏT-in mülki missiyasının regiona göndərilməsinin heç bir hüquqi əsas yoxdur. ATƏT regional təşkilat kimi konsensus əsasında qərarlar qəbul etməlidir. Lakin sadəcə Ermənistanın müraciəti əsasında və kollegial qərar qəbul edilmədən bu missiyanın göndərilməsi baş tutub. Azərbaycan tərəfi buna mənfi münasibətini bildirməkdə haqlıdır. Biz unutmamışıq ki, ATƏT 30 ilə yaxın davam edən işğal dövründə heç bir həlledici qərar qəbul etməyib. Qısaca desək, bir qarış torpağımız da ATƏT-in vasitəçiliyi ilə azad edilməyib".
Politoloq bildirib ki, Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ bərpa edib: "Hazırkı məqamda Ermənistan prosesi uzatmaq və üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif oyunçuları regiona cəlb edir. Ermənistan həm də yenidən ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu bərpa etməyə çalışır. Bu işdə isə ona Fransa dəstək olur və çox ciddi şəkildə ermənipərəst mövqedən çıxış edir. Biz bunu Fransa Prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərdə də açıq-aydın gördük. Lakin unutmaq olmaz ki, Fransanın Cənubi Qafqaza münasibətdə həm də öz maraqları var. Fransa Rusiya və Türkiyəni bölgədən sıxışdırıb çıxarmağa çalışır. Buna görə də Azərbaycanı hədəfə alırlar".
İlyas Hüseynov qeyd edib ki, ATƏT-in Minsk Qrupunun və yaxud onun missiyasının regionda olması və fəallaşması sülh və təhlükəsizliyə hər hansı töhfə verməyəcək. Onun fikrincə, bu institut mövcud olduğu dövr ərzində münaqişələrin həllinə heç bir töhfə verməyib:
"ATƏT regionda təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfə verməyəcək. Lakin Azərbaycan məsələlərə daha praqmatik yanaşır, məsələlərin hüquqi zəmində həllinə çalışır. İlk növbədə Aİ və Rusiyanın vasitəçiliyi ilə qəbul olunmuş sənədlərin implementasiyası prioritet hesab olunur. Ermənistanın isə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqdan ötrü bu addımları atması bizə yaxşı bəllidir".