https://sputnik.az/20221026/rani-aqressivlesdiren-sebebler---cenub-qonsumuz-kenarda-qalmaq-istemir-447899412.html
İranı aqressivləşdirən səbəblər - Cənub qonşumuz kənarda qalmaq istəmir
İranı aqressivləşdirən səbəblər - Cənub qonşumuz kənarda qalmaq istəmir
Sputnik Azərbaycan
Politoloq bildirir ki, mövcud İran rejimi diqqəti daxildəki proseslərdən yayındırmaq üçün xaricdə düşmən və təhlükə obrazı yaradaraq onun üzərindən... 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T21:30+0400
2022-10-26T21:30+0400
2022-10-26T21:30+0400
iran
təhlil
azərbaycan
qarabağ
zəngəzur
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433721727_0:250:2400:1600_1920x0_80_0_0_da66c1aac7502d72b23914f7451e4ac7.jpg
BAKI, 26 oktyabr — Sputnik. İran Silahlı Qüvvələrinin quru qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə təlimlərəbaşlayıb. Xatırladaq ki, Cənub qonşumuz bir müddət əvvəl Azərbaycan sərhədləri yaxınlığında da təlimlər keçirmişdi. Ancaq İranın Azərbaycana qarşı qıcıqlandırıcı davranışları tək təlimlərlə məhdudlaşmır. Azərbaycanla həmsərhəd bölgədə hərbi təlimlərin keçirilməsindən və Qafanda İranın baş konsulluğunun açılmasından sonra İran tərəfindən Azərbaycana qarşı açıq-aşkar təxribat xarakterli daha bir addım atılıb. Oktyabrın 21-də İran Dövlət Teleradio Təşkilatına bağlı "Səhər" televiziya kanalı Azərbaycan Respublikasının ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında guya "İranın Naxçıvanı" adlı xalq hərəkatının yarandığı barədə məlumat yayıb.Sputnik Azərbaycan İranın Cənubi Qafqazda son davranışları ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.Politoloq bildirib ki, İranın aqressiyası əslində bir neçə istiqamətdən qaynaqlanır. Onun sözlərinə görə, ilk növbədə İran regionda cərəyan edən proseslərdən ciddi şəkildə narahatdır:QAFSAM sədrinin müavini deyib ki, mövcud İran rejiminin bu prosesləri mədəni, iqtisadi və ya müəyyən mənada siyasi həmlələrlə gerçəkləşdirmək imkanı məhduddur:"Bu proseslərdə İran ənənəvi xarici siyasət kursuna uyğun olaraq hərəkət edir. Bu baxımdan hərbi faktor önə çıxır. Bugünkü reallıqlarda hərbi təlimlərin keçirilməsi bunun bariz nümunəsidir. Ona görə də həm Araz boyunca və Türkiyə sərhədləri yaxınlığında keçirilən təlimləri bu konktekstdə qiymətləndirmək lazımdır. Təlimlər ilk dəfə deyil ki keçirilir. Azərbaycan ordusunun Vətən Müharibəsindəki zəfərindən sonra dəfələrlə keçirilib. Amma məsələ burasındadır ki, bu hərəkətlər sadəcə təlimlərlə yekunlaşmır, eyni zamanda İran hərbi-siyasi rəhbərliyinin ritorikasında aqressiya müşahidə olunur".Nazim Cəfərsoy qeyd edib ki, eyni şeyləri Türkiyə kontekstində də görmək mümkündür:"Türk dünyası coğrafiyasında inteqrasiya prosesi güclənib. Zəngəzur dəhlizi də bu baxımdan çox əhəmiyyətlidir. Bölgədə baş verənlər İranı çox ciddi narahat edir və prosesləri pozmaq ehtiyacı hiss edir. Mövcud İran hakimiyyəti xarici siyasətdə radikal yanaşmaların tərəfdarıdır. Bütün bunlar bir araya gələndə İranın addımlarının məqsədi aydın olur".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433721727_267:0:2400:1600_1920x0_80_0_0_3240f83a7340e3eb2e22726e97d37ef3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, azərbaycan, qarabağ, zəngəzur
iran, azərbaycan, qarabağ, zəngəzur
İranı aqressivləşdirən səbəblər - Cənub qonşumuz kənarda qalmaq istəmir
Politoloq bildirir ki, mövcud İran rejimi diqqəti daxildəki proseslərdən yayındırmaq üçün xaricdə düşmən və təhlükə obrazı yaradaraq onun üzərindən fəaliyyətini davam etdirmək istəyir.
BAKI, 26 oktyabr — Sputnik. İran Silahlı Qüvvələrinin quru qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə təlimlərəbaşlayıb. Xatırladaq ki, Cənub qonşumuz bir müddət əvvəl Azərbaycan sərhədləri yaxınlığında da təlimlər keçirmişdi. Ancaq İranın Azərbaycana qarşı qıcıqlandırıcı davranışları tək təlimlərlə məhdudlaşmır. Azərbaycanla həmsərhəd bölgədə hərbi təlimlərin keçirilməsindən və Qafanda İranın baş konsulluğunun açılmasından sonra İran tərəfindən Azərbaycana qarşı açıq-aşkar təxribat xarakterli daha bir addım atılıb. Oktyabrın 21-də İran Dövlət Teleradio Təşkilatına bağlı "Səhər" televiziya kanalı Azərbaycan Respublikasının ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında guya "İranın Naxçıvanı" adlı xalq hərəkatının yarandığı barədə məlumat yayıb.
Sputnik Azərbaycan İranın Cənubi Qafqazda son davranışları ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.
Politoloq bildirib ki, İranın aqressiyası əslində bir neçə istiqamətdən qaynaqlanır. Onun sözlərinə görə, ilk növbədə İran regionda cərəyan edən proseslərdən ciddi şəkildə narahatdır:
"Bu ölkə Azərbaycan ordusunun Qarabağda zəfər qazanmasını özü üçün strateji problem olaraq görür və proseslərə müdaxilə etmək istəyir. İkinci istiqamət isə İranın daxilindəki gərginliklərdir. Mövcud İran rejimi diqqəti daxildəki proseslərdən yayındırmaq üçün xaricdə düşmən və təhlükə obrazı yaradaraq onun üzərindən fəaliyyətini davam etdirmək istəyir. Üçüncü istiqamət isə regionda baş verən ciddi geosiyasi yeni transformasiyalardır və İran da bu proseslərdə rol almaq istəyir".
QAFSAM sədrinin müavini deyib ki, mövcud İran rejiminin bu prosesləri mədəni, iqtisadi və ya müəyyən mənada siyasi həmlələrlə gerçəkləşdirmək imkanı məhduddur:
"Bu proseslərdə İran ənənəvi xarici siyasət kursuna uyğun olaraq hərəkət edir. Bu baxımdan hərbi faktor önə çıxır. Bugünkü reallıqlarda hərbi təlimlərin keçirilməsi bunun bariz nümunəsidir. Ona görə də həm Araz boyunca və Türkiyə sərhədləri yaxınlığında keçirilən təlimləri bu konktekstdə qiymətləndirmək lazımdır. Təlimlər ilk dəfə deyil ki keçirilir. Azərbaycan ordusunun Vətən Müharibəsindəki zəfərindən sonra dəfələrlə keçirilib. Amma məsələ burasındadır ki, bu hərəkətlər sadəcə təlimlərlə yekunlaşmır, eyni zamanda İran hərbi-siyasi rəhbərliyinin ritorikasında aqressiya müşahidə olunur".
Nazim Cəfərsoy qeyd edib ki, eyni şeyləri Türkiyə kontekstində də görmək mümkündür:
"Türk dünyası coğrafiyasında inteqrasiya prosesi güclənib. Zəngəzur dəhlizi də bu baxımdan çox əhəmiyyətlidir. Bölgədə baş verənlər İranı çox ciddi narahat edir və prosesləri pozmaq ehtiyacı hiss edir. Mövcud İran hakimiyyəti xarici siyasətdə radikal yanaşmaların tərəfdarıdır. Bütün bunlar bir araya gələndə İranın addımlarının məqsədi aydın olur".