https://sputnik.az/20221026/ndoneziyada-g20-de-kibertehlukesizliyi-nece-temin-edeceklerini-aciqlayiblar-447861905.html
İndoneziyada G20-də kibertəhlükəsizliyi necə təmin edəcəklərini açıqlayıblar
İndoneziyada G20-də kibertəhlükəsizliyi necə təmin edəcəklərini açıqlayıblar
Sputnik Azərbaycan
Putranın sözlərinə görə, sammit keçirilməzdən əvvəl və sonra agentlik tərəfindən mühafizə olunacaq. 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T07:30+0400
2022-10-26T07:30+0400
2022-10-26T07:30+0400
indoneziya
dünya xəbərləri
g-20
https://cdnn1.img.sputnik.az/img/41098/35/410983575_18:0:989:546_1920x0_80_0_0_56566941cda7870e6600ef48abc42a75.jpg
BAKI, 26 oktyabr — Sputnik. İndoneziyanın Milli Kibertəhlükəsizlik Agentliyi bildirib ki, G20 sammitini tədbirin bütün mərhələlərində kibertəhlükələrdən qoruyacaq. Bu barədə "ANTARA" agentliyi məlumat yayıb."Biz ötən ilin iyulunda sammit üçün təhlükəsiz rəqəmsal mühitin hazırlanması əməliyyatına başlamışıq", - deyə Kibertəhlükəsizlik agentliyinin mətbuat katibi Ariandi Putra mətbuat konfransında deyib.Putra qeyd edib ki, agentlik öz fəaliyyətini İndoneziya Milli Polisi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin ölkənin xüsusi xidmət orqanları və bir sıra internet provayderləri ilə əlaqələndirir.Spiker həmçinin G20 sammitində agentliyin kibertəhlükəsizliklə bağlı atdığı addımlardan da danışıb. Putranın sözlərinə görə, sammit keçirilməzdən əvvəl və sonra agentlik tərəfindən mühafizə olunacaq.Birincisi, G20 sammitindən əvvəl agentlik informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin auditini aparacaq, nəqliyyat axınındakı anomaliyaları izləyəcək və xüsusi diqqət yetirilməli olan potensial kibertəhlükələri nəzərətdə saxlayacaq.Bundan sonra artıq G20 sammiti zamanı agentlik hadisələr barədə məlumatları izləyəcək, daxil olan anomaliyalar haqqında gələn siqnallara nəzarət edəcək və "rəqəmsal kriminalistika ilə məşğul olacaq".Nəhayət, sammitin sonunda agentlik əməkdaşları mümkün kiberhücumlara cavab verməyə davam edəcəklər."Tədbir keçirildikdən sonra da biz heç yerə getməyəcəyik. Biz yenə də kibertəhlükəsizlik zəifliklərinin müəyyənləşdirilməsi ilə məşğul olacağıq", - deyə Putra vurğulayıb.G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41098/35/410983575_139:0:867:546_1920x0_80_0_0_6e997f3b5297a72d132e6bd977215a90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
indoneziya, g-20
İndoneziyada G20-də kibertəhlükəsizliyi necə təmin edəcəklərini açıqlayıblar
Putranın sözlərinə görə, sammit keçirilməzdən əvvəl və sonra agentlik tərəfindən mühafizə olunacaq.
BAKI, 26 oktyabr — Sputnik. İndoneziyanın Milli Kibertəhlükəsizlik Agentliyi bildirib ki, G20 sammitini tədbirin bütün mərhələlərində kibertəhlükələrdən qoruyacaq. Bu barədə "ANTARA" agentliyi məlumat yayıb.
"Biz ötən ilin iyulunda sammit üçün təhlükəsiz rəqəmsal mühitin hazırlanması əməliyyatına başlamışıq", - deyə Kibertəhlükəsizlik agentliyinin mətbuat katibi Ariandi Putra mətbuat konfransında deyib.
Putra qeyd edib ki, agentlik öz fəaliyyətini İndoneziya Milli Polisi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin ölkənin xüsusi xidmət orqanları və bir sıra internet provayderləri ilə əlaqələndirir.
Spiker həmçinin G20 sammitində agentliyin kibertəhlükəsizliklə bağlı atdığı addımlardan da danışıb. Putranın sözlərinə görə, sammit keçirilməzdən əvvəl və sonra agentlik tərəfindən mühafizə olunacaq.
Birincisi, G20 sammitindən əvvəl agentlik informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin auditini aparacaq, nəqliyyat axınındakı anomaliyaları izləyəcək və xüsusi diqqət yetirilməli olan potensial kibertəhlükələri nəzərətdə saxlayacaq.
Bundan sonra artıq G20 sammiti zamanı agentlik hadisələr barədə məlumatları izləyəcək, daxil olan anomaliyalar haqqında gələn siqnallara nəzarət edəcək və "rəqəmsal kriminalistika ilə məşğul olacaq".
Nəhayət, sammitin sonunda agentlik əməkdaşları mümkün kiberhücumlara cavab verməyə davam edəcəklər.
"Tədbir keçirildikdən sonra da biz heç yerə getməyəcəyik. Biz yenə də kibertəhlükəsizlik zəifliklərinin müəyyənləşdirilməsi ilə məşğul olacağıq", - deyə Putra vurğulayıb.
G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək.