Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul başlayır

© Justin Sullivan/Getty Images/AFPПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.
BAKI, 26 oktyabr — Sputnik. Noyabrın 1-dən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.
Ətraflı məlumatı Regional təhsil idarələrinin sosial media hesabınlarından əldə etmək mümkündür.
Qeyd edək ki, bu gün ümumtəhsil məktəbində idarəedicilər arasında əsas funksiyalardan birini daşıyan, tədris hissəsini idarə edən və ona nəzarət edən şəxs təlim-tərbiyə işləri üzrə direktor müavinidir.
Tədris işləri üzrə direktor müavini, ən azı 3 il fasiləsiz pedaqoji fəaliyyətlə məşğul olan, qabaqcıl sinif rəhbəri və ya metodbirləşmə rəhbəri və ya məktəbdə təşkil olunmuş digər kollegial oranlarının rəhbəri olmuş müəllimlər arasından seçilir.
Xəbər lenti
0