Turnir əməkdar incəsənət xadimi Stanislav Popov tərəfindən təşkil edilib. Bu il Rusiyanın vitse-çempionları Vladimir Litvinov və Olqa Nikolayeva, Rusiya çempionatının bürünc mükafatçıları Andrey və Anastasiya Kiselyovlar və builki Rusiya çempionları Kirill Belorukov və Valeriya Aydayeva da daxil olmaqla 24 cütlük Latın Amerikası rəqslərində öz bacarıqlarını nümayiş etdirməyə çıxıblar.Yarış həmçinin 2022-ci ilin Rusiya Federasiyasının çempionları Mixail Popov və Anastasiya Dubrovskaya da daxil olmaqla 24 rəqs duetini bir araya gətiriblər. Çıxışların proqramına ça-ça-ça, samba və rumba daxildir.Bundan əlavə, 12 həvəskar cütlük də Avropa rəqslərində bacarıqlarını sınayıblar. Hər iki fənn üzrə "Pro-Am" kateqoriyasında yarışlar da keçirilib.Avropa çempionatını əvəz edən "Kreml Kuboku" ikinci dəfədir ki, təşkil olunur – birincisi bu ilin aprelində baş tutub. 1,5 minə yaxın moskvalı və paytaxtın qonaqları yarışın tamaşaçısı olublar.
Moskvanın Kreml sarayında "Kreml kuboku – Rusiyanın fəxri!" rəqs turniri keçirilib.
Turnir əməkdar incəsənət xadimi Stanislav Popov tərəfindən təşkil edilib. Bu il Rusiyanın vitse-çempionları Vladimir Litvinov və Olqa Nikolayeva, Rusiya çempionatının bürünc mükafatçıları Andrey və Anastasiya Kiselyovlar və builki Rusiya çempionları Kirill Belorukov və Valeriya Aydayeva da daxil olmaqla 24 cütlük Latın Amerikası rəqslərində öz bacarıqlarını nümayiş etdirməyə çıxıblar.
Yarış həmçinin 2022-ci ilin Rusiya Federasiyasının çempionları Mixail Popov və Anastasiya Dubrovskaya da daxil olmaqla 24 rəqs duetini bir araya gətiriblər. Çıxışların proqramına ça-ça-ça, samba və rumba daxildir.
Bundan əlavə, 12 həvəskar cütlük də Avropa rəqslərində bacarıqlarını sınayıblar. Hər iki fənn üzrə "Pro-Am" kateqoriyasında yarışlar da keçirilib.
Avropa çempionatını əvəz edən "Kreml Kuboku" ikinci dəfədir ki, təşkil olunur – birincisi bu ilin aprelində baş tutub. 1,5 minə yaxın moskvalı və paytaxtın qonaqları yarışın tamaşaçısı olublar.