CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ICESCO-nun Regional Ofisi Azərbaycanda yerləşəcək

© Sputnik / Murad OrujovBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Ofisin heyət üzvləri Azərbaycan Respublikasında qüvvədə olan qanuna əsasən sosial müdafiə və sosial sığorta ilə təmin edilirlər.
BAKI, 26 oktyabr — Sputnik. "Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında" 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Xatırladaq ki, oktyabrın 11-də parlamentin iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb.
Bildirilib ki, Saziş 20 may 2022-ci il tarixində Bakı şəhərində imzalanıb. Sazişə əsasən, İCESCO-nun Regional Ofisi Bakı şəhərində yerləşir və hüquqi şəxs statusuna malikdir.
Ofis Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq müqavilə bağlamaq, daşınar və daşınmaz əmlak icarəyə götürmək, əldə etmək, ondan istifadə etmək, onun barəsində sərəncam vermək və Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququna malikdir.
Ofisin rəsmiləri səlahiyyətləri çərçivəsində şifahi, yaxud yazılı sözlərinə və bütün hərəkətlərinə münasibətdə hüquqi proseslərə qarşı toxunulmazdır. Ofisin heyət üzvləri Azərbaycan Respublikasında qüvvədə olan qanuna əsasən sosial müdafiə və sosial sığorta ilə təmin edilirlər.
Xəbər lenti
0