https://sputnik.az/20221026/bezi-xestexanalarda-dializ-aparatlarinin-istismar-muddeti-bitib-447890159.html
Bəzi xəstəxanalarda dializ aparatlarının istismar müddəti bitib
Bəzi xəstəxanalarda dializ aparatlarının istismar müddəti bitib
Sputnik Azərbaycan
Hesablama Palatası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də audit yoxlaması aparıb. Bəzi tibb müəssisələrində hal-hazıradək... 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T23:06+0400
2022-10-26T23:06+0400
2022-10-26T23:06+0400
xəstəxana
səhiyyə
böyrək çatışmazlığı
çatışmazlıq
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608735_0:160:3073:1888_1920x0_80_0_0_b13a18a7331b952512501d86db61a527.jpg
BAKI, 26 oktyabr — Sputnik. Fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurub.Bu, Hesablama Palatasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) apardığı audit yoxlaması zamanı üzə çıxıb.Həmçinin qeyd edilib ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.Ümumilikdə, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməyib.Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub.İxtisaslı kadrların hazırlanması ilə bağlı tədbirlərin qurumlar arasında uzlaşdırılmaması kadrların sayının tələb olunan saydan az olması, eləcə də nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığının nəzərə alınmaması bir sıra hemodializ şöbələrinin fəaliyyətsiz qalması və 01.01.2022-ci il tarixə hemodializ şöbələrində həkim-nefroloq ştatlarının 29,1%-nin vakant olması ilə nəticələnib.Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib və 09.03.2022-ci il tarixindən 01.06.2022-ci il tarixinədək aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608735_170:0:2901:2048_1920x0_80_0_0_37a2de7acd636805559b1584b901db0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəstəxana, böyrək çatışmazlığı, çatışmazlıq
xəstəxana, böyrək çatışmazlığı, çatışmazlıq
Bəzi xəstəxanalarda dializ aparatlarının istismar müddəti bitib
Hesablama Palatası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də audit yoxlaması aparıb. Bəzi tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.
BAKI, 26 oktyabr — Sputnik. Fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurub.
Bu, Hesablama Palatasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) apardığı audit yoxlaması zamanı üzə çıxıb.
Həmçinin qeyd edilib ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.
Ümumilikdə, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməyib.
Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub.
İxtisaslı kadrların hazırlanması ilə bağlı tədbirlərin qurumlar arasında uzlaşdırılmaması kadrların sayının tələb olunan saydan az olması, eləcə də nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığının nəzərə alınmaması bir sıra hemodializ şöbələrinin fəaliyyətsiz qalması və 01.01.2022-ci il tarixə hemodializ şöbələrində həkim-nefroloq ştatlarının 29,1%-nin vakant olması ilə nəticələnib.
Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib və 09.03.2022-ci il tarixindən 01.06.2022-ci il tarixinədək aparılıb.