https://sputnik.az/20221026/bezi-olkelerden-qusculuq-mehsullarinin-azerbaycana-idxalina-mehdudiyyet-qoyulub-447888201.html
Bəzi ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Bəzi ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Sputnik Azərbaycan
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar tədbirlərin görülməsi üçün... 26.10.2022, Sputnik Azərbaycan
2022-10-26T16:46+0400
2022-10-26T16:46+0400
2022-10-26T16:46+0400
quş
iqtisadiyyat
aqta
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0c/445951499_0:159:3076:1889_1920x0_80_0_0_fde093bf1a78d307a2cde7767e89e1e5.jpg
BAKI, 26 oktyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Niderlandın Cənubi-Hollandiya əyalətində, Şotlandiyanın Eilean-Siar inzibati ərazi vahidində, İngiltərənin Şərqi-Midland regionunda, Amerika Birləşmiş Ştatlarının isə Kentukki və Arkanzas ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.AQTA sədri quş və quş əti məhsulları idxal edən sahibkarlarla görüşübXatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyində "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın nümayəndələri, həmçinin quş və quş əti məhsulları idxal edən sahibkarlıq subyektləri ilə videokonfrans formatında görüş keçirilib.Görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi barədə iştirakçıları məlumatlandırıb. Agentlik sədri 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında" Qanunda qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.AQTA sədri "Qida təhlükəsizliyi haqqında" Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standardlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0c/445951499_174:0:2903:2047_1920x0_80_0_0_8d346aab6ff397a65e63ea8780b7dd7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
quş, aqta
Bəzi ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
BAKI, 26 oktyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Niderlandın Cənubi-Hollandiya əyalətində, Şotlandiyanın Eilean-Siar inzibati ərazi vahidində, İngiltərənin Şərqi-Midland regionunda, Amerika Birləşmiş Ştatlarının isə Kentukki və Arkanzas ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
AQTA sədri quş və quş əti məhsulları idxal edən sahibkarlarla görüşüb
Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyində "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın nümayəndələri, həmçinin quş və quş əti məhsulları idxal edən sahibkarlıq subyektləri ilə videokonfrans formatında görüş keçirilib.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi barədə iştirakçıları məlumatlandırıb. Agentlik sədri 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında" Qanunda qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişiklikləri diqqətə çatdırıb.
Bildirib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
AQTA sədri "Qida təhlükəsizliyi haqqında" Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standardlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.