Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda gəlinliklərin qiyməti bahalaşıb - Daha "həmişə toy olsun" demək çətindir

Abunə olmaq
Satıcılar gəlinliklərin qiymətində bahalaşmanın səbəblərini müxtəlif cür izah edirlər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda gəlinlik donunun kirayəsi bahalaşıb. Bahalaşma sentyabr ayında qeydə alınıb. Sputnik Azərbaycan gəlinliklərin, eləcə də digər toy xərclərinin qiymətlərini araşdırıb. Bu məqsədlə gəlinliklərin ən çox satıldığı və kirayə verildiyi metronun "Xalqlar Dostluğu" stansiyası ətrafında araşdırma apardıq.
Məlum oldu ki, gəlinliklərin icarə haqqı 250-2000 manat arasındadır. Gəlinliklərin qiyməti bahalaşsa da, tələbat elə də artmayıb. Satıcılar gəlinliklərin icarəsinə tələbatın pandemiyadan əvvəlki kimi olmadığını söylədilər. Amma ticarət mərkəzində ucuz qiymətə icarəyə gəlinliklər də verilir. "Laçın Ticarət Mərkəzi"ində gəlinlik donların qiyməti 80-100 manatdan başlayır. Burada 500-800 manata da kirayə gəlinliklər təklif olunur.
Satıcılar isə gəlinliklərin kirayə haqqında elə də ciddi bahalaşma olmadığını söylədilər. Satıcılar onu da bildirdi ki, quru sərhədlər açıq olanda gündə bir neçə ədəd gəlinlik satırmışlar. Pandemiyadan sonra artıq Dağıstandan gəlinlik almağa gələn yoxdur. Gəlinliklərin satış qiyməti 15000-35000 manat arasında dəyişir.
Gəlinliklərin qiyməti bahalaşsa da, gəlinlik avtomobillərinin qiyməti hələ ki, bahalaşmayıb. Kirayə avtomobil biznesi ilə məşğul olan Sahib Paşayev bu barədə Sputnik Azərbaycan-a müsahibə verib. Reportajla bağlı ətraflı məlumat video bölməsində.
Xəbər lenti
0