https://sputnik.az/20221025/turkiyenin-mudafie-naziri-ermenistani-texribatlardan-el-cekmeye-cagirdi-447871206.html
Türkiyənin müdafiə naziri Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı
Türkiyənin müdafiə naziri Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı
Sputnik Azərbaycan
Hulusi Akar bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq. 25.10.2022, Sputnik Azərbaycan
2022-10-25T21:50+0400
2022-10-25T21:50+0400
2022-10-25T22:19+0400
hərbi
ermənistan
hulusi akar
türkiyə
zakir həsənov
müdafiə naziri zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/07e5/01/05/425881606_0:0:3009:1693_1920x0_80_0_0_5e4b6b6f68adf38b27d6e6b26547dda5.jpg
BAKI, 25 oktyabr - Sputnik. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq “bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam edir.Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı bildirib.“Ermənistanın təxribatlarından əl çəkməsi, diqqəti sülh danışıqlarına və Azərbaycanla barışıq çərçivəsində əməkdaşlığa yönəltməsi, sülh əlini tutması zəruridir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq”, - deyə nazir vurğulayıb.Qeyd edək ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşüb.Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.Xatırladaq ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/05/425881606_60:0:2791:2048_1920x0_80_0_0_d6272e57011dc8dc94579db8058be257.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, hulusi akar, türkiyə, zakir həsənov, müdafiə naziri zakir həsənov
ermənistan, hulusi akar, türkiyə, zakir həsənov, müdafiə naziri zakir həsənov
Türkiyənin müdafiə naziri Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı
21:50 25.10.2022 (Yenilənib: 22:19 25.10.2022) Hulusi Akar bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq.
BAKI, 25 oktyabr - Sputnik. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq “bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam edir.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı bildirib.
“Ermənistanın təxribatlarından əl çəkməsi, diqqəti sülh danışıqlarına və Azərbaycanla barışıq çərçivəsində əməkdaşlığa yönəltməsi, sülh əlini tutması zəruridir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşüb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.