DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron Roma Papasına oğurluq kitab hədiyyə edib

© AP Photo / Andrew MedichiniПапа Римский Франциск
Папа Римский Франциск - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Polşa XİN Fransa Prezidentinin pontifikə verdiyi hədiyyə məsələsini araşdırır, lakin hələlik bu məsələ ilə bağlı konkret açıqlama verilməyib.
BAKI, 25 oktyabr - Sputnik. Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransiskə İmmanuel Kantın “Əbədi sülhə doğru” kitabının nadir nəşrini hədiyyə edib.
Bu barədə Report xarici KİV-ə istinadən xəbər verir.
Maraqlıdır ki, Polşada kitabın İkinci Dünya Müharibəsi zamanı Lvovdan oğurlandığı iddia edilir.
“Xarici İşlər Nazirliyi Fransa Prezidentinin pontifikə verdiyi hədiyyə məsələsini araşdırır, lakin hələlik bu məsələ ilə bağlı konkret açıqlama verməmişik”, - Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasin məsələ ilə bağlı deyib.
Xəbər lenti
0