https://sputnik.az/20221025/ekstradisiya-haqqinda-avropa-konvensiyasinin-dorduncu-elave-protokolu-tesdiqlenb-447875371.html
“Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolu təsdiqlənİb
“Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolu təsdiqlənİb
Sputnik Azərbaycan
Ölkə başçısı “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanunu təsdiqləyib. 25.10.2022, Sputnik Azərbaycan
2022-10-25T18:02+0400
2022-10-25T18:02+0400
2022-10-25T23:52+0400
ekstradisiya
siyasət
ermənistan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 25 oktyabr — Sputnik. Prezident İlham Əliyev “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.Xatırladaq ki, Milli Məclisdə "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.Qanun layihəsinə əsasən, əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb. Bu protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur.Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ekstradisiya, ermənistan, prezident ilham əliyev
ekstradisiya, ermənistan, prezident ilham əliyev
“Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolu təsdiqlənİb
18:02 25.10.2022 (Yenilənib: 23:52 25.10.2022) Ölkə başçısı “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
BAKI, 25 oktyabr — Sputnik. Prezident İlham Əliyev “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.
Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Xatırladaq ki, Milli Məclisdə "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb. Bu protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur.
Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.