Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xarici ticarət dövriyyəsi yetmiş üç faizdən çox artıb

© AP Photo / Arnulfo FrancoКонтейнеры штабелируются в порту
Контейнеры штабелируются в порту  - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3% artaraq 39,81 mlrd. dollar olub
BAKI, 25 oktyabr — Sputnik. İxrac potensialının uğurla reallaşdırılması xarici ticarət əlaqələrində pozitiv dinamikanı təmin edir.
Bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" səhifəsində yazıb.
"Bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3% artaraq 39,81 mlrd. dollar, ixrac isə 101,6% artaraq 29,52 mlrd. dollar olub", - nazir qeyd edib.
Xatırladaq ki, son zamanlar xüsusən də Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 197 milyon 393 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz çoxdur.
Azərbaycana ən çox Rusiyadan mallar idxal edilib
Bu ilin 8 ayında Azərbaycan Rusiyadan 1 milyard 653 milyon 713 min dollarlıq məhsul idxal edib. Azərbaycanın ümumi idxalının 18,65 faizi Rusiyanın payına düşüb. Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan mal idxal edilib.
Azərbaycanın Rusiyaya ixracı isə 543 milyon 680 min dollar təşkil edib. Ölkəmizin ümumi ixracının 2,07 faizi Rusiyanın payına düşüb.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 780 milyon 282 min dollar olub. Həmin dövrdə də Azərbaycana ən çox mal Rusiyadan gətirilib.
Xəbər lenti
0