Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın müdafiə naziri İstanbulda hərbi sərgidə iştirak edib

© AR Ministry of DefenceMüdafiə naziri “Saha Expo" sərgisinin açılış mərasimində iştirak edib
Müdafiə naziri “Saha Expo sərgisinin açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Zakir Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR", "TUALCOM" və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
BAKI, 25 oktyabr - Sputnik. Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, general-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR", "TUALCOM" və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edilib ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.
Xəbər lenti
0