CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aliment ödəyən şəxsin maaşından vergi hansı qaydada tutulur?

© Sputnik / Ilham MustafayevTovuzun İbrahimhacılı və Qovlar kəndində
Tovuzun İbrahimhacılı və Qovlar kəndində - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və ya başqa gəlirlərinin növləri"nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası gəlirin məbləğindən vergilər tutulduqdan sonra alınır
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və ya başqa gəlirlərinin növləri"nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası gəlirin məbləğindən vergilər tutulduqdan sonra alınır.
Dövlət Vergi Xidmətinin məlumatına görə, burada "vergilər" dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir.
Qeyd olunanlara əsasən, alimenti ödəyən şəxsin gəlirinin ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.
Xəbər lenti
0