NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti cüzi bahalaşıb

© AFP 2024 / TOBIAS SCHWARZBakıda neft nasosları, arxiv şəkli
Bakıda neft nasosları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,06 ABŞ dollar olub
BAKI, 25 oktyabr — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,06 ABŞ dolları və ya 0,06% artaraq, 94,8 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Dünya bazarında da neftin qiyməti artıb. Belə ki, təklifin məhdudluğu fonunda dünya bazarında neft qiymətləri cüzi artıb. Bununla belə, qlobal iqtisadi tənəzzül gözləntiləri qiymət artımının davam etmə potensialını azaldır.
Şimal dənizində hasil olunan "Brent" neftinin dekabr fyuçersləri 0,63% bahalaşaraq 1 bareli 92,96 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,69% artaraq 1 bareli 85,09 ABŞ dolları təşkil edib.
İnvestorlar bazarın əsas amillərini qiymətləndirməyə davam edirlər. Treyderlərin əsas diqqəti neftə olan tələbə mənfi təsir göstərə biləcək qlobal tənəzzül risklərinə yönəlib.
Gün ərzində "Baker Hughes" şirkəti ABŞ-da aktiv neft buruqlarının sayı haqqında məlumatları açıqlayacaq. Oktyabrın 14-dək olan həftə ərzində onların sayının 8 ədəd artaraq 610 ədədə çatdığı bildirilir.
Xəbər lenti
0