CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində payız ağac əkini davam edir

© Photo : TRENDAbşeronda ağac əkilib
Abşeronda ağac əkilib - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Ağac əkini tədbirləri çərçivəsində müxtəlif rayonların ərazisində torpağa 1758 kiloqram palıd, vələs və ağcaqayın toxumu səpilib.
BAKI, 24 oktyabr - Sputnik. Payız ağac əkini mövsümündə ölkə ərazisinin bütün regionlarında ağacəkmə tədbirləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyevin Azərtac-a verdiyi məlumata görə, əkin mövsümü çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri aparılır:
"Payız əkin mövsümü başlayandan bu günədək Şamaxı, Tovuz, Ağcabədi, Sabirabad və digər Regional Meşə Təsərrüfatı mərkəzlərinin meşə fondu torpaqlarının ümumilikdə 30 hektar sahəsində 14 960 ədəd müxtəlif cinsli ağac əkilib, 21 hektar sahədə isə 1758 kiloqram palıd, vələs və ağcaqayın toxumu səpilib".
© Photo : AZƏRTACÖlkə ərazisində payız ağac əkini
Ölkə ərazisində payız ağac əkini 
 - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Ölkə ərazisində payız ağac əkini
V.Fərzəliyev ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri genişmiqyaslı payız əkin kampaniyasında yaxından iştiraka dəvət edib.
© Photo : AZƏRTACÖlkə ərazisində payız ağac əkini
Ölkə ərazisində payız ağac əkini 
 - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Ölkə ərazisində payız ağac əkini
Xatırladaq ki, payız ağac əkininə oktyabr ayının 17-dən start verilib.
Xəbər lenti
0