https://sputnik.az/20221024/narkomanlarin-sayini-nece-azaltmaq-olar-447782211.html
Narkomanların sayını necə azaltmaq olar?
Narkomanların sayını necə azaltmaq olar?
Sputnik Azərbaycan
Mütəxəssislər bilriri ki, Zərərin Azaldılması Layihəsinə, təxminən 20 il əvvəl tərtib olunan Metadon proqramına yeni nəfəs verməklə narkomanların sayını... 24.10.2022, Sputnik Azərbaycan
2022-10-24T09:29+0400
2022-10-24T09:29+0400
2022-10-24T09:29+0400
narkoman
cəmiyyət
xəstəlik
müalicə
proqram
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425806106_0:233:3071:1960_1920x0_80_0_0_bd4f9e054eff92f2e6a13a168e1a124d.jpg
BAKI, 24 oktyabr — Sputnik. Narkomanların sayını azaltmaq üçün pulsuz reabilitasiya mərkəzləri tikilməli, müalicə mərkəzlərinin sayı 6-dan daha çox olmalıdır. Dövlətin pulsuz reabilitasiya mərkəzləri olarsa, belə narkoloq çatışmazlığı olmaz. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov deyib.Onun sözlərinə görə, hazırda mövcud problemlərin həlli üçün nə kifayət qədər vəsait, nə də ki narkoloq var."Təbii ki, bütün bunlar üçün azı 5 il zaman lazımdır. Lakin bizim 5 il gözləməyə vaxtımız yoxdur. Bu müddətdə narkoman sayını və dəyəcək zərəri azaltmaq üçün hazırda da mövcud olan, lakin çox zəif icra edilən Qlobal Fondla Səhiyyə Nazirliyinin maliyyələşdirdiyi Zərərin Azaldılması Layihəsinə təkan verilməlidir", - deyə ekspert bildirib.O həmçinin qeyd edib ki, inkişaf etmiş ölkələrdə Zərərin Azaldılması layihəsi çərçivəsində narkotik asılılığından əziyyət çəkənlər pulsuz olaraq müayinə, müalicə olunur, anonim şəkildə psixoloq, narkoloq, hüquqşünas xidmətindən yararlanırlar:"Bundan başqa, onlara steril materiallarla, yeni şiprislər və bəzi dərmanlar da pulsuz verilir. Layihə çərçivəsində həmçinin tibbi metadonla əvəzedici terapiyaya imkan verilir. Şəxsin narkomaniyadan xilas ola bilməməsinin səbəbi asılılıqdır. Layihə çərçivəsində isə tibbi metadon proqramı ilə şəxs asılı vəziyyətdən çıxarılır".Mütəxəssis qeyd edir ki, adıçəkilən layihə narkomanların sayının azalmasında xüsusi əhəmiyyətə malikdir:"Azərbaycanda adıçəkilən layihə 15 ildir ki mövcuddur. Amma layihə işləmir, görülən işlər çox zəifdir. Bu layihəyə yenidən təkan verilməlidir".E.Maqalov 15 il öncə icrasına başlanılan layihə ilə bağlı nöqsanları açıqlayıb, bildirib ki, təxminən 10-15 il əvvəl küçələrdəki narkoman sayı indiki ilə müqayisədə daha az idi:QHT nümayəndəsi bildiri ki, bununla 20 faiz də olsa, yayılan xəstəliklərin, həm də çöllərdə gəzən narkomanların qarşısını almaq mümkün olar:"Düşünürəm ki, adıçəkilən layihəyə daha ciddi yanaşsaq, müəyyən nailiyyətlər əldə etmiş olarıq", - deyə o əlavə edib. Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkomanların sayını azaltmaq üçün Belarusda icra olunan "12 addım" kimi proqramları reallaşdırmaq olar:Dozanı azaldaraq da narkomaniyadan uzaqlaşmaq olarA.Manuçəri deyir ki, əvəzedici terapiya ilə də müəyyən nailiyyətlər əldə etmək mümkündür:"Narkotiksiz yaşaya bilməyən, yaxud da tamamilə narkotikdən xilas olmaq istəyənlər metadon terapiyadan yararlanmağa çalışır. Metadon demək olar ki, opiakdır. Sadəcə olaraq bu həkim tərəfindən təyin olunur və dövlət tərəfindən nəzarətdə olur. Belə olan halda xəstə evdə müalicəsini alır, dozanı yavaş-yavaş azaldaraq narkomaniyadan uzaqlaşır".Həkimin sözlərinə görə, metadon proqramının əsas çatışmazlığı onun ancaq Bakıda və Sumqayıtda icra olunmasıdır:A.Manuçəri onu da bildirir ki, narkomanların sayının azalması üçün belə şəxsləri nəzarətə götürmək, düzgün təbliğat aparmaq lazımdır:"Bundan başqa, narkomanlara yanaşma, münasibət dəyişilməlidir. Yəni onlar cəmiyyətdən təcrid olunmamalıdırlar".Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və Əmək və sosial siyasət komitəsinin üzvi Arzu Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkoman sayının azalmasından daha çox onların sayının artmaması önəmlidir:Qeyd edək ki, ölkədə narkomaniya ilə bağlı əsas problemlərdən biri narkoloq sayının az olmasıdır. Dövlət Statistika Komitəsinin ötən ilə dair açıqladığı illik hesabatda qeyd olunur ki, ölkə üzrə narkoloq sayı 66-dır.Qeyd edək ki, metadonla müalicə proqramına daxil olmaq üçün narkoman ən azı 2 il ərzində narkotik preparatları qəbul etməli, xəstənin ən azı 2 dəfə uğursuz nəticələnmiş müalicəsi olmalıdır. Bunlardan əlavə, yanaşı xəstəliklər - vərəm, diabet, qarışıq ruhi pozuntular olduqda da narkomanların müalicəsi üçün metadondan istifadə oluna bilər. QİCS-li xəstələr də metadonla müalicə proqramına daxil ola bilər. Hepatit B xəstəliyi ilə bağlı preparatların qəbulu nəticəsində fəsadlar varsa, belə narkomanlar üçün metadonla müalicənin tətbiqi mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425806106_0:0:2731:2048_1920x0_80_0_0_95fd93c8fd79c975567b4913fdaa4db6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkoman, xəstəlik, müalicə, proqram
narkoman, xəstəlik, müalicə, proqram
Narkomanların sayını necə azaltmaq olar?
Mütəxəssislər bilriri ki, Zərərin Azaldılması Layihəsinə, təxminən 20 il əvvəl tərtib olunan Metadon proqramına yeni nəfəs verməklə narkomanların sayını azaltmaq mümkündür.
BAKI, 24 oktyabr — Sputnik. Narkomanların sayını azaltmaq üçün pulsuz reabilitasiya mərkəzləri tikilməli, müalicə mərkəzlərinin sayı 6-dan daha çox olmalıdır. Dövlətin pulsuz reabilitasiya mərkəzləri olarsa, belə narkoloq çatışmazlığı olmaz. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov deyib.
Onun sözlərinə görə, hazırda mövcud problemlərin həlli üçün nə kifayət qədər vəsait, nə də ki narkoloq var.
"Təbii ki, bütün bunlar üçün azı 5 il zaman lazımdır. Lakin bizim 5 il gözləməyə vaxtımız yoxdur. Bu müddətdə narkoman sayını və dəyəcək zərəri azaltmaq üçün hazırda da mövcud olan, lakin çox zəif icra edilən Qlobal Fondla Səhiyyə Nazirliyinin maliyyələşdirdiyi Zərərin Azaldılması Layihəsinə təkan verilməlidir", - deyə ekspert bildirib.
O həmçinin qeyd edib ki, inkişaf etmiş ölkələrdə Zərərin Azaldılması layihəsi çərçivəsində narkotik asılılığından əziyyət çəkənlər pulsuz olaraq müayinə, müalicə olunur, anonim şəkildə psixoloq, narkoloq, hüquqşünas xidmətindən yararlanırlar:
"Bundan başqa, onlara steril materiallarla, yeni şiprislər və bəzi dərmanlar da pulsuz verilir. Layihə çərçivəsində həmçinin tibbi metadonla əvəzedici terapiyaya imkan verilir. Şəxsin narkomaniyadan xilas ola bilməməsinin səbəbi asılılıqdır. Layihə çərçivəsində isə tibbi metadon proqramı ilə şəxs asılı vəziyyətdən çıxarılır".
Mütəxəssis qeyd edir ki, adıçəkilən layihə narkomanların sayının azalmasında xüsusi əhəmiyyətə malikdir:
"Azərbaycanda adıçəkilən layihə 15 ildir ki mövcuddur. Amma layihə işləmir, görülən işlər çox zəifdir. Bu layihəyə yenidən təkan verilməlidir".
E.Maqalov 15 il öncə icrasına başlanılan layihə ilə bağlı nöqsanları açıqlayıb, bildirib ki, təxminən 10-15 il əvvəl küçələrdəki narkoman sayı indiki ilə müqayisədə daha az idi:
"Çünki əvvəllər Səhiyyə Nazirliyi 30-dək QHT ilə müqavilə bağlayırdı və bunlarda da ümumilikdə 400-dək işçisi küçələrdə dolaşan narkomanlarla söhbət aparır, onları bu layihəyə cəlb edirdilər. Həmin şəxslərə bəzi dərmanlar da pulsuz verilirdi. Bir sözlə, narkomanlar bütün xidmətlərdən pulsuz yararlanırdılar. Lakin qeyd edim ki, hazırda bu istiqamətdə 9 QHT çalışır, onların da bu layihə üçün ayırdıqları işçilərinin sayı 30-dur. Bu rəqəm həddindən artıq azdır. Bu rəqəmi 3 minə qaldırmağa ehtiyac var".
QHT nümayəndəsi bildiri ki, bununla 20 faiz də olsa, yayılan xəstəliklərin, həm də çöllərdə gəzən narkomanların qarşısını almaq mümkün olar:
"Düşünürəm ki, adıçəkilən layihəyə daha ciddi yanaşsaq, müəyyən nailiyyətlər əldə etmiş olarıq", - deyə o əlavə edib.
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkomanların sayını azaltmaq üçün Belarusda icra olunan "12 addım" kimi proqramları reallaşdırmaq olar:
"12 addım" daha çox psixoloji təsir proqramıdır. Lakin bu proqramı hər kəs keçə bilməz. Çünki bu proqram daha çox dinlə bağlıdır. Çox gözəl proqramdır, sadəcə olaraq bununla çox ehtiyyatla işləmək lazımdır. Proqram düzgün mütəxəssis tərəfindən tədris olunarsa, xəstə narkomaniyadan xilas ola bilər. Ümumiyyətlə, narkomaniya ilə bağlı proqramlar çoxdur. Sadəcə olaraq normal mütəxəssislərdən ibarət komissiya yaradılmalıdır ki, bu proqramları işləsinlər. Amma indiki vəziyyətdə kimdir bu proqramların üzərində işləyən?".
Dozanı azaldaraq da narkomaniyadan uzaqlaşmaq olar
A.Manuçəri deyir ki, əvəzedici terapiya ilə də müəyyən nailiyyətlər əldə etmək mümkündür:
"Narkotiksiz yaşaya bilməyən, yaxud da tamamilə narkotikdən xilas olmaq istəyənlər metadon terapiyadan yararlanmağa çalışır. Metadon demək olar ki, opiakdır. Sadəcə olaraq bu həkim tərəfindən təyin olunur və dövlət tərəfindən nəzarətdə olur. Belə olan halda xəstə evdə müalicəsini alır, dozanı yavaş-yavaş azaldaraq narkomaniyadan uzaqlaşır".
Həkimin sözlərinə görə, metadon proqramının əsas çatışmazlığı onun ancaq Bakıda və Sumqayıtda icra olunmasıdır:
"Xəstələr gündəlik dispanserə gələrək oradan dozalarını götürürlər. Lakin bölgələrdə yaşayanlar gündəlik o yolu gedib-gələ bilməzlər. Bütün çatışmazlıqları aradan qaldırmaq üçün metadon proqramını təzədən qurmaq lazımdır. Çünki bu proqram təxminən 20 il öncə tərtib olunub. Müasir dövrdə isə yeni çağırışlar olmalıdır. Bir qrup mütəxəssis yığışaraq təzə proqram tərtib etməlidir", - deyə o əlavə edib.
A.Manuçəri onu da bildirir ki, narkomanların sayının azalması üçün belə şəxsləri nəzarətə götürmək, düzgün təbliğat aparmaq lazımdır:
"Bundan başqa, narkomanlara yanaşma, münasibət dəyişilməlidir. Yəni onlar cəmiyyətdən təcrid olunmamalıdırlar".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və Əmək və sosial siyasət komitəsinin üzvi Arzu Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkoman sayının azalmasından daha çox onların sayının artmaması önəmlidir:
"Elə eləmək lazımdır ki, narkoman heç zaman müalicədən qorxmasın".
Qeyd edək ki, ölkədə narkomaniya ilə bağlı əsas problemlərdən biri narkoloq sayının az olmasıdır. Dövlət Statistika Komitəsinin ötən ilə dair açıqladığı illik hesabatda qeyd olunur ki, ölkə üzrə narkoloq sayı 66-dır.
Qeyd edək ki, metadonla müalicə proqramına daxil olmaq üçün narkoman ən azı 2 il ərzində narkotik preparatları qəbul etməli, xəstənin ən azı 2 dəfə uğursuz nəticələnmiş müalicəsi olmalıdır. Bunlardan əlavə, yanaşı xəstəliklər - vərəm, diabet, qarışıq ruhi pozuntular olduqda da narkomanların müalicəsi üçün metadondan istifadə oluna bilər. QİCS-li xəstələr də metadonla müalicə proqramına daxil ola bilər. Hepatit B xəstəliyi ilə bağlı preparatların qəbulu nəticəsində fəsadlar varsa, belə narkomanlar üçün metadonla müalicənin tətbiqi mümkündür.