Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dinc qonşuluq təşəbbüsü digər əməkdaşlıq formatları ilə ziddiyyət təşkil etmir - Baş nazir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, sürətlə dəyişən və mürəkkəb çağırışlar şəraitində regionun inkişafı və xalqların rifahı üçün vacib olan sülh və sabitliyə böyük önəm verilir.
BAKI, 24 oktyabr — Sputnik. "Gürcüstan hökuməti regionda sülh siyasətinə və Azərbaycan Prezidentinin Cənubi Qafqazda birgə üçtərəfli müzakirə formatı mexanizminin yaradılmasına dair təklif etdiyi təşəbbüsə bundan sonra da dəstək verməyə tam hazır olduğunu bəyan edir".
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.
Onun sözlərinə görə, sürətlə dəyişən və mürəkkəb çağırışlar şəraitində regionun inkişafı və xalqlarımızın rifahı üçün vacib olan sülh və sabitliyə böyük önəm verilir:

"Regiondakı mövcud vəziyyətə, Azərbaycan və Ermənistan arasında son dövrdə sülh danışıqları prosesinin başlanmasına dair əldə olunmuş razılaşmaya da toxunduq. Bu, şübhəsiz ki, bizə böyük ümid verir. Burada bir daha təsdiq etmək istərdim ki, Gürcüstan, şəxsən mən və hökumətimiz birlikdə start verdiyimiz sülh siyasətini davam etdirməyə və dəstəkləməyə tam hazır olduğumuzu bəyan edirik".

Baş nazir eyni zamanda vurğulayıb ki, dinc qonşuluq təşəbbüsü digər əməkdaşlıq formatları ilə ziddiyyət təşkil etmir və ya onları əvəz etmir, əksinə, bu formatlara kömək edəcək:
"Birlikdə daha çox mühüm işlər görəcəyimizə inanıram. Cənubi Qafqazda birgə üçtərəfli əməkdaşlıq formatı mexanizminin yaradılması ilə bağlı Praqada səsləndirdiyiniz təşəbbüsü də alqışlayıram".
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.
Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edirlər.
Xəbər lenti
0