https://sputnik.az/20221024/daha-bir-nazirlik-t-sistemlerini-hokumet-buluduna-miqrasiya-edir-447805119.html
Daha bir nazirlik İT sistemlərini "Hökumət buludu"na miqrasiya edir
Daha bir nazirlik İT sistemlərini "Hökumət buludu"na miqrasiya edir
Sputnik Azərbaycan
Müdafiə Sənayesi Nazirliyi "Hökumət buludu"na miqrasiya layihəsi çərçivəsində İaaS bulud infrastrukturu və BaaS məlumatların daimi rezervlənməsi xidmətindən... 24.10.2022, Sputnik Azərbaycan
2022-10-24T13:45+0400
2022-10-24T13:45+0400
2022-10-24T14:12+0400
cəmiyyət
nazirlik
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:3073:1728_1920x0_80_0_0_cc3839021fe5a395807e4e2f9f905f94.jpg
BAKI, 24 oktyabr — Sputnik. Dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, daha öncə Müdafiə Sənayesi Nazirliyi İT infrastrukturunu və sistemlərini "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edib. Hazırda tərəflər arasında bulud xidmətlərindən istifadənin davam etdirilməsi məqsədilə müqavilə müddətinin uzadılması və xidmət həcminin genişləndirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Bununla bağlı məsələlərin müzakirəsi üçün görüşlər davam etdirilir.Müdafiə Sənayesi Nazirliyi "Hökumət buludu"na miqrasiya layihəsi çərçivəsində İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu və BaaS (Backup-as-a-Service) məlumatların daimi rezervlənməsi xidmətindən istifadə edir.Virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir. Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün "Veeam" platforması ilə təmin edilir.Bu platforma İT sistemlərini "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, "Veeam" platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür. Nəticədə nazirlik məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını və müəssisə üçün mühüm olan məlumatların qorunub saxlanılmasını təmin edir.Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanını verir. Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırılması mümkündür. Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:2731:2048_1920x0_80_0_0_3a50d38648cc62b6e6aeae480d4f68b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nazirlik
Daha bir nazirlik İT sistemlərini "Hökumət buludu"na miqrasiya edir
13:45 24.10.2022 (Yenilənib: 14:12 24.10.2022) Müdafiə Sənayesi Nazirliyi "Hökumət buludu"na miqrasiya layihəsi çərçivəsində İaaS bulud infrastrukturu və BaaS məlumatların daimi rezervlənməsi xidmətindən istifadə edir.
BAKI, 24 oktyabr — Sputnik. Dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, daha öncə Müdafiə Sənayesi Nazirliyi İT infrastrukturunu və sistemlərini "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edib. Hazırda tərəflər arasında bulud xidmətlərindən istifadənin davam etdirilməsi məqsədilə müqavilə müddətinin uzadılması və xidmət həcminin genişləndirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Bununla bağlı məsələlərin müzakirəsi üçün görüşlər davam etdirilir.
Müdafiə Sənayesi Nazirliyi "Hökumət buludu"na miqrasiya layihəsi çərçivəsində İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu və BaaS (Backup-as-a-Service) məlumatların daimi rezervlənməsi xidmətindən istifadə edir.
Virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir. Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün "Veeam" platforması ilə təmin edilir.
Bu platforma İT sistemlərini "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, "Veeam" platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür. Nəticədə nazirlik məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını və müəssisə üçün mühüm olan məlumatların qorunub saxlanılmasını təmin edir.
Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanını verir. Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırılması mümkündür. Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.